ADNSU-da yeni startap layihələrin təqdimatı olub
Tarix: 06.04.2017 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Aprelin 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni startap layihələrinin təqdimatı olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ADNSU Startap və İnnovasiya Mərkəzi olan “eazi START” və Ukraynanın “Sikorski Çellenc” biznes inkubatorunun birgə həyata keçirdiyi “Camtouch” və “Open world” layihələri təqdim edilib.
Qeyd edilib ki, “Camtouch” ağıllı lövhə sistemi kimi istifadəçilərə daha geniş imkanlar yaradır. Kompüterin ekranı istənilən səthə proyeksiya olunur və stilus vasitəsilə birbaşa həmin proyeksiya üzərində işləməyə imkan yaradır. İkinci layihə isə görmə əngəlli insanların şəhər mühitində mobilliyinə imkan yaratmaqla onların cəmiyyətə inteqrasiyasına kömək edir. “Open world” layihəsini daha da inkişaf etdirib ağıllı şəhər sisteminin bir hissəsi kimi turizm məqsədləri üçün istifadə olunması da mümkündür.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı bu sahədə universitetin müxtəlif ölkələrlə əməkdaşlıq etdiyini və bir çox ideyaların olduğunu bildirib. Qeyd edilib ki, hazırda universitetdə müxtəlif startap layihələri reallaşdırılır. Rektor bu ideyaları daha da inkişaf etdirməyin və Azərbaycan brendi yaratmaqla istehsala başlamağın vacibliyini vurğulayıb.
Rektor deyib ki, startap layihələri ilə bağlı bir sıra ölkələrlə tərəfdaşlığımız var. Startap ADNSU-da bir neçə istiqamətdə həyata keçirilir. Biz elə bir məhsul yaratmaq istəyirik ki, onun üstünlüyü olsun.
Təhsil nazirinin müşaviri Fərhad Əmirbəyov, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov startap layihələrinin əhəmiyyətini diqqətə çatdırıblar.
Bildirilib ki, bu cür layihələrin həyata keçirilməsi və ideyası olan gənclərin startapa qoşulması sayəsində ADNSU innovasiyalar nəticəsində yenidən inkişaf edir. Yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiyayönümlü biznes strukturuna çevirə bilməsi məqsədlərinə xidmət edən Startap məktəbinin fəaliyyətini genişləndirmək prioritet məsələdir. Startap layihələri ilə bağlı universitetdə qrantlar ayrıldığı nəzərə çatdırılıb. Yayda startap məktəbində müsabiqə keçiriləcəyi və seçilən ən yaxşı layihələrə sərmayə qoyulmaqla biznes inkubasiyasının inkişaf etdiriləcəyi diqqətə çatdırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info