Nəsimidə “Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlim keçirilib
Tarix: 06.04.2017 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin paytaxtın Nəsimi rayonunda keçirdiyi “Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlimdə rayon məktəblərinin bir qrup şagirdinə uşaq hüquqları ilə bağlı ətraflı məlumat verilib. Dəyirmi masada keçirilən təlimi giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva ölkəmizdə uşaqlara qayğı işinin dövlət siyasəti səviyyəsində həyata keçirildiyini bildirib, yeni nəslin sağlam, tərbiyəli və bilikli böyüməsi ilə bağlı rayonda gerçəkləşdirilən davamlı layihələrin humanist mahiyyətindən söz açıb. O, uşaqların ahəngdar inkişafında, cəmiyyətdəki mövqelərini qiymətləndirmələrində öz hüquqlarından vaxtında xəbərdar olmalarının önəmini vurğulayıb. Bildirilib ki, respublikamızda uşaqların müstəqil özünüifadə bacarıqlarının inkişaf etdirilməsi, öz hüquq və maraqlarının müdafiəsində fəal iştirakının təmin edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirilir. Belə layihələr böyüməkdə olan nəslin ictimai fəallığının artırılmasına və onlarda öncüllük keyfiyyətinin formalaşmasına önəmli təsir göstərir. Nəsimi rayonunda davamlı olaraq uşaq və yeniyetmələrin hüquqları, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir.
Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Günel Nağdəliyeva və aparıcı məsləhətçisi Fərid Ədilov təlimdə uşaq hüquqları ilə bağlı Nəsimi məktəblilərini məlumatlandırıblar. Sonra uşaq məsələlərini əhatə edən videoçarxlar nümayiş etdirilib. Məktəblilər mövzu ətrafında qruplar üzrə fəal müzakirəyə cəlb olunub, onların sualları cavablandırılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info