ADPK-də “Dolu” filminin yaradıcıları ilə görüş
Tarix: 06.04.2017 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllim və tələbə kollektivinin “Azərbaycanfilm” studiyası tərəfindən Aqil Abbasın eyni adlı romanı əsasında çəkilmiş “Dolu” filminə baxış və yaradıcı heyət ilə görüş keçirildi.
Görüşdə qonaqlardan Azərbaycan Respublikası Prezidenti yanında Bilik fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, əməkdar jurnalist Aqil Abbas, Azərbaycanın xalq artisti Şamil Süleymanov, Azərbaycan teatr və kino aktyoru, əməkdar artist Məmməd Səfa, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun məsləhətçisi, jurnalist-publisist Ramilə Qurbanlı, aktyorlardan Rza Rzayev, Cavanşir Hadıyev, Elvin Əhmədov iştirak etdi.
Görüşü giriş sözü ilə kollecin direktoru h.ü.f.d.Qulu Novruzov açıq elan edərək ADPK ilə Azərbaycan Prezidenti yanında Bilik Fondu arasında 25 yanvar 2017-ci il tarixində imzalanmış “Əməkdaşlıq haqqqında” sazişi əsasında təşkil olunmuş bu tədbirin əhəmiyyətindən danışdı. Belə tədbirlərin tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, şəxsiyyət kimi formalaşmasında Vətəninə, ailəsinə layiqli övlad kimi böyüməsində və dövlətçiliyə sadiq vətəndaş kimi yetişməsində bu kimi filmlərə baxışın tələbələr üçün vacib olduğunu qeyd etdi. Eləcə də direktor bu görüşün aprel döyüşlərinin ildönümünə həsr olunduğunu vurğuladı.
Çıxışdan sonra film nümayiş etdirildi.
Daha sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ötən il aprel ayında baş vermiş hadisələri yaxın tariximizin şərəfli səhifəsi kimi dəyərləndirdi. O bildirdi ki, aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini və əzmini göstərməklə işğal altında olan torpaqlarımızı qısa zaman ərzində azad etmək iqtidarında olduğumuzu bir daha təsdiqlədi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
O.Səmədov tələbələrə Fondun təşkilatçılığı ilə Pedaqoji Kollecdə yaradılmış Tələbə Dram Dərnəyi ilə bağlı məlumat verdi. İcraçı direktor bildirdi ki, dərnək üzvlərinin əməkdar artist Məmməd Səfanın rəhbərliyi ilə səhnələşdirəcəkləri tamaşalar ali təhsil müəssisələrində eləcə də, regionlarda fəaliyyət göstərən Bilik evlərində nümayiş olunacaq.
Sonra yaradıcı heyət ilə müzakirələr keçirildi. Ssenari müəllifi Aqil Abbas çıxış edərək bildirdi ki, 2012-ci ildə rejissor Elxan Cəfərov tərəfindən“Qarabağ” müharibəsi mövzusuna həsr olunmuş filmdə erməni qəsbkarlarına qarşı son damla qanına qədər döyüşən Azərbaycan oğullarının Vətən uğrunda qəhrəmanlığı və mübarizəsi əks olunur. O, filmdə şəhərin mübarizəsini dörd qəhrəmanın taleyi üzərində qurmaqla hər bir sakinin şəhərin savaşında olduğunu göstərməklə müxtəlif düşüncəli adamları birləşdirən şəhəri onların mübarizə simvoluna çevirib.
Sonda o, çıxışında qeyd etdi ki, mübahisə edə biləcəyiniz məqamlar ola da bilər, əsas odur ki, Qarabağın taleyini əks etdirən daha bir uğurlu iş tamaşaçıya təqdim olundu. 
Çıxışdan sonra Aqil Abbasın kitabları tələbələrə paylanıldı.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info