“Vergi borclarını vaxtında ödəməyənlər məsuliyyətə cəlb olunurlar”
Tarix: 06.04.2017 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


“Borclu vergiödəyicilərinə ciddi maliyyə sanksiyaları tətbiq edilir”.
Bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini Akif Musayev deyib. O bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1000 manatdan 2000 manatadək cərimə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Yaranmış vergi borclarını vaxtında ödəməyən
vergiödəyiciləri qanunla məsuliyyətə cəlb olunurlar.
Rəis müavini deyib ki, vergilərin vaxtında və tam məbləğdə büdcəyə ödənilməsinin təmin edilməsi üçün borcların məcburi qaydada ödənilməsi metodları tətbiq olunduqda, bir qayda olaraq, vergi orqanları vergiödəyicilərinə bu barədə xəbərdarlıq göndərir.
A.Musayev vurğulayıb ki, bir çox hallarda verginin yalnız vergi orqanının xəbərdarlığından sonra ödənilməsi, əslində, vergiödəyicisində maliyyə vəsaitinin kifayət qədər olmamasına görə deyil, vergi ödəmək intizamının aşağı olması səbəbindən baş verir. Belə olan hallarda, gecikdirilmiş vergilərin məcburi qaydada alınmasının bir üsulu kimi vergiödəyicisinin bank hesabından pul vəsaitinin silinməsi barədə bank idarəsinə icra sənədi olan sərəncamın qoyulmasından istifadə edilir. Bəzi hallarda isə ödənilməmiş vergilərin alınması borclu vergiödəyicisinin əmlakının satışı hesabına həyata keçirilir.
Qeyd olunub ki, dünyanın bütün ölkələrində vergi öhdəliklərinin icrasından yayınmaq, vergi borcuna etinasız yanaşmaq məsuliyyət yaradır və bir sıra dövlətlərdə daha sərt cəzalar tətbiq olunur. Xüsusən vergiödəyicisinin əmlakına (vəsaitlərinə) həbs qoyulması dünyada vergi intizamının yüksək səviyyədə saxlanmasının ən güclü mexanizmi hesab olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18.03.2019
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsilib
18.03.2019
Enterprise Azerbaijanın növbəti startap təlimi Azərbaycan Universitetində keçirilib
18.03.2019
Binədə 2 küçə təmir edilib
18.03.2019
İnam Kərimov: “Qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info