Bölgələrdə səyyar “ASAN xidmət“ mərkəzləri fəaliyyətə başlayacaq
Tarix: 17.04.2013 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


Yay aylarına qədər Bakının bütün əhalisi "Asan xidmət" mərkəzlərinin xidmətlərindən bəhrələnə biləcək

İyun ayından etibarən bölgələrdə səyyar "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayacaq. Bu barədə jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib. "Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən, "ASAN xidmət" mərkəzlərinin bu il ərzində fəaliyyət göstərə bilməyəcəkləri bölgələrdə xüsusi avadanlıqlarla təchiz edilmiş avtobuslar qəsəbə və kəndlərə gedərək vətəndaşlara yerindəcə xidmət göstərəcəklər.

Bu prosesə cari ilin iyunundan etibarən başlanılacaq" - deyə İ.Kərimov bildirib. O, həmçinin qeyd edib ki, "ASAN xidmət" mərkəzlərində uğurlu bir təcrübə həyata keçirilir. Belə ki, 300-ə yaxın gənc könüllü olaraq müqavilə əsasında "Asan xidmət" mərkəzlərinə fəaliyyətə cəlb olunublar. Gələcəkdə həmin şəxslər dövlət qulluğuna qəbul olmağa hazırlaşırlar. Bu, onların dövlət qulluğuna qəbulunu daha da asanlaşdıracaq. Çünki onlar "Asan xidmət" mərkəzlərində müəyyən təcrübə toplamış olurlar. Agentlik dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəməyən, özəl və digər sektorda çalışmaq istəyən şəxslərə də müvafiq sertifkatlar verir ki, bu da onların işə qəbulunu daha da asanlaşdıracaq. İnam Kərimov deyib ki, 1 saylı "Asan xidmət" mərkəzi bu ilin 15 fevral tarixindən fəaliyyətə başlayıb. Bu günə qədər 60 minə yaxın vətəndaşa xidmət göstərib. Ölkə Prezidentinin tapşırığına əsasən, bu ilin yay aylarına qədər Bakı şəhərinin bütün əhalisi "Asan xidmət" mərkəzlərinin xidmətlərindən bəhrələnə biləcək. Onun sözlərinə görə, may ayı ərzində Bakıda 2 saylı Xətai "Asan xidmət" mərkəzinin açılması nəzərdə tutulur. O cümlədən, mayda Sumqayıt şəhərində iki "Asan xidmət" mərkəzi açılacaq. Bu mərkəzlər təkcə Sumqayıt deyil, Xızı, Şabran, Siyəzən və Abşeron rayonlarının əhalisinə də xidmət göstərəcəklər. İ.Kərimov qeyd edib ki, bu il Gəncədə də "Asan xidmət" mərkəzinin açılması nəzərdə tutulur. Bundan əlavə, il ərzində Bakıda dördüncü "Asan xidmət" mərkəzinin də fəaliyyətə başlayacağı planlaşdırılır.
Onun sözlərinə görə, fəaliyyətə başladığı üç ay ərzində 1 saylı "ASAN xidmət" mərkəzində heç bir neqativ hal aşkar edilməyib. Qeyd edək ki, "Asan xidmət" mərkəzlərində 9 dövlət qurumu tərəfindən 25 xidmət və 22 funksional xidmət göstərilir. Agentliyin sədri bildirib ki, əgər gələcəkdə ölkə Prezidenti tərəfindən bu xidmətlərin siyahısına dəyişiklik edilərsə, "Asan xidmət" mərkəzlərində həmin sahələr üzrə də vətəndaşlara xidmət göstəriləcək.
ANAR




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info