Ukrayna BVF-nin şərtlərini yerinə yetirir: borc müqabilində torpaq
Tarix: 07.04.2017 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Əhali bilməlidir ki, 1 milyard dollarlıq kredit müqabilində hökumət pensiya sahəsində dəyişiklik həyata keçirmək, münbit torpaqları və müəssisələri dəyər-dəyməzinə satmaq öhdəliyi götürüb”

Ukrayna ilə Beynəlxalq Valyuta Fondu arasında imzalanan memorandumun mətninin açıqlanması Kiyevdə siyasi gərginlik yaradıb. Həmin mətnə əsasən bəlli olub ki, rəsmi Kiyev ayrılan kreditlər müqabilində pensiya sahəsində islahatlar həyata keçirmək və kənd təsərrüfatı torpaqlarının satılması ilə bağlı üzərinə öhdəlik götürüb.
Ukrayna müxalifəti hesab edir ki, öz torpaqlarını xarici şirkətlərə satmaq öhdəliyi götürən hökumət istefa verməlidir. Qeyd edək ki, BVF ilə 2015-ci ildə imzalanan 17 milyard dollarlıq müqavilənin müddəti 4 ildir. Amma Ukrayna kredit üzrə geri ödəməni sənəddə nəzərdə tutulan qrafikə uyğun edə bilmir. 2017-2019-cu illər üçün Ukraynaya xarici borcu qaytarmaq üçün 13 milyard dollar lazımdır. Ukrayna Milli Bankının rəhbəri Olek Çuriy bildirib ki, ölkə ilin sonuna qədər BVF-dən 3 tranş şəklində 4,5 milyard dollar almağı planlayır. Belə olan halda, ölkənin qızıl-valyuta ehtiyatı 21 milyard dollar olacaq. Aprelin ilk günlərində BVF Ukraynaya ayrılan 12 milyard dolları bloklayıb. Səbəb isə Ukraynanın bu il fonda elə bu qədər məbləğdə kredit qaytarmaq öhdəliyi ilə bağlıdır. Ekspert Dmitriy Korneyçuk bildirib ki, BVF-nin maliyyə tranşı ayırmasının səbəbi var. Belə ki, BVF bununla bilərəkdən ÜDM-in göstəricilərinin artımına nail oldu ki, kreditorların vahiməyə düşməsi nəticəsində Ukrayna defolt olmasın. BVF-nin Direktorlar Şurasının tranş qərarından bir gün sonra bəlli oldu ki, Avropa İttifaqı makromaliyyəşmə çərçivəsində Ukraynaya 600 milyon avro ayırıb. Korneyçuk hesab edir ki, BVF-nin ayırdığı 4,5 milyard dolların 3 milyard dolları Yanukoviçin Rusiyadan aldığı kreditin ödənilməsinə gedəcək: “BVF verdiyi pulları geri almaq üçün Ukraynanın defolt olmasına imkan verməyəcək. Ona görə də maliyyə müqabilində şərtləri sərtləşdirirlər”. Həmin şərtlərin bəzisi Ukraynada normal qarşılanır. Məsələ, korrupsiyaya qarşı mübarizə sahəsində təklif edilən məsələlər vətəndaşların ürəyincədir. Bir sıra şirkətlərin özəlləşməyə çıxarılması ilə bağlı təkliflərə narazılıq edən yoxdur. Amma pensiya sahəsində islahat və kənd təsərrüfatı torpaqlarının satılması ilə bağlı şərtlər həm əhalidə, həm də siyasi dairələrdə ciddi narazılıq yaradıb. Ali Rada buna qarşıdır. Bu şərtlər çox təhlükəli və mübahisəlidir. Görünür, elə bu səbəbdəndir ki, müxalifətin tələbinə baxmayaraq, sənədin bu hissəsi açıqlanmırdı. Keçmiş baş nazir Yuliya Timoşenko bildirib ki, hökumət dövlətin və xalqın maraqlarını satıb. Müxalifət təmsilçilərindən Nataliya Korrolevskaya əmindir ki, hökumət üzərinə gizli öhdəliklər götürüb: “Hökumət BVF ilə memorandumu gizli şəkildə imzalayıb. Həmin sənəddə olan bəzi şərtlər Ukraynanın milli maraqlarına uyğun gəlmir və satqınlıqdır. Əhali bilməlidir ki, 1 milyard dollarlıq kredit müqabilində hökumət pensiya sahəsində dəyişiklik həyata keçirmək, münbit torpaqları və müəssisələri dəyər-dəyməzinə satmaq öhdəliyi götürüb. Parlamentdə komitə rəhbəri olan Sergey Rıbalka bildirib ki, ötən il Ukraynanın xarici borcu 6 milyard dolları artıb: “Həmin il dövlət büdcəsinin xərclərinin 30 faizi əvvəlki illərlə götürülən borcların ödənilməsinə sərf edilib. Başqa sözlə, biz nə qazanırıqsa, onun üçdəbirini borc kimi ödəyirik. Ukraynanı böhrandan ancaq möcüzə xilas edə bilər. Deyək ki, 2021-ci ildən 2040-ı ilə qədər müntəzəm olaraq 3 faizlik artıma nail olsaq belə, biz 5 milyarddan 20 milyard dollara qədər borc qaytarmalıyıq. İnkişafa sərf edə biləcəyimiz nə varsa, hamısını onlara verəcəyik. BVF ilə imzalanan sənəd Ukraynanın yoxsulluqdan çıxma imkanını məhv edir”. Maliyyə naziri Aleksandr Danilyuk torpaq sahəsində islahatlara bu il başlanacağını açıqlayıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info