Dünyanın diqqətinin yönəldiyi görüş: ABŞ-Çin liderləri bir araya gəlir
Tarix: 07.04.2017 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Ekspertlər bildirir ki, Çin lideri görüşə daha hazırlıqlı görünür. Amma hər iki liderin əlində mövqeyini gücləndirə biləcək “kozırlar” var

Çin və ABŞ liderlərinin Floridada görüşünün nəticəsi böyük maraqla gözlənilir. Dünyanın diqqətinin yönəldiyi görüşə iki lider fərqli durumda qoşulur.
Pekin qlobal ambisiyalarını elan etdiyi vaxtda, Vaşinqtonun başı daxili mübahisələrə qarışıb. Ekspertlər hesab edirlər ki, Çin lideri Si Tsinpin təzyiqlərə müqavimət göstərərək iki dövlət arasında böhranlı münasibətləri önləmək iqtidarında olduğunu nümayiş etdirməyə çalışacaq. ABŞ lideri Donald Tramp isə ölkəsinin əvvəlki gücünə qaytarmaq və ölkəsinin sənayesində aparıcı rol oynayan Çini cəzalandırmaq vədi verir. Amma seçkidən sonra ABŞ-da yaşananlar Vaşinqtonun müzakirələrdə mövqeyinə zəiflik qata bilər. Çin lideri öz ölkəsində böyük nüfuz sahibidir. Çinli həmkarından fərqli olaraq ABŞ prezidenti Donald Tramp opponentləri olan həm Demokratlar Partiyası, həm də nüfuzlu mətbuatın tənqidi ilə üzləşib. Bununla yanaşı, ona köhnə müttəfiqlər- Yaponiya, Avstraliya və Cənubi Koreya kimi ölkələri dəstəklə təmin etməsi lazımdır. Almaniya KİV-ləri rəsmi Vaşinqtona istinadla xəbər verirlər ki, Donald Tramp Yaponiyanı və Cənubi Koreyanı Pentaqonun onları tam dəstəkləyəcəyinə əmin edib. ABŞ prezidenti Donald Tramp ilə Yaponiyanın baş naziri Şinzo Abe arasında telefon söhbətindən sonra Ağ Ev bu barədə məlumat yayıb. Tramp aydın şəkildə bildirib ki, ABŞ öz müttəfiqlərini istənilən hərbi vasitələrlə müdafiə etmək niyyətindədir və təcavüzkar dövlətə qarşı istənilən əməliyyat aparıla bilər. Tramp və Abe təhlükəsizlik məsələlərində əməkdaşlığı gücləndirmək məqsədilə sıx əlaqə saxlamaq barədə razılığa gəliblər. Öz növbəsində, Şinzo Abe də növbəti raket sınaqlarının Yaponiyanın təhlükəsizliyi üçün təhdid doğuran təhrikçilik olması barədə Tramp ilə həmfikir olduğunu bildirib. Çinin artmaqda olan gücündən narahat olan həmin ölkələr ABŞ-ın simasında öz xilaskarlarını görür. Həmin ölkələr ABŞ-ın Çinin regiondakı nüfuz və hərbi varlığının artırmasına imkan verməyəcəyinə inanırlar. Pekin universitetinin professoru Çjan Xaybin iki dövlət liderini görüşü ilə bağlı bunları bildirib: “Trampın komandası çox narahatdır. Onlar hər an Konqresdə və ya küçədə etirazla raştlaşmadan ehtiyatlanırlar. Ona görə də iki lider görüşə fərqli siyasi durumda gedir”. Ekspertlər bildirirlər ki, Çin lideri görüşə daha hazırlıqlı kimi görünür. Amma hər iki liderin əlində mövqeyini gücləndirə biləcək “kozırlar” var.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info