İdlibə kimyəvi hücum: müqəssir kimdir?
Tarix: 07.04.2017 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


“İdlib şəhərində azı 72 nəfərin ölümü ilə nəticələnən kimyəvi hücumun arxasında Suriya rejiminin dayandığına əminik”.
Bu fikri mətbuat konfransında ABŞ-ın xarici işlər naziri Reks Tillerson səsləndirib. “Euronews” telekanalı xəbər verir ki, Tillerson, həmçinin Rusiyanın Suriyaya göstərdiyi hərbi dəstəyi bir daha diqqətlə nəzərdən keçirməyi tövsiyə edib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Təhlükəsizlik Şurasının iclasında İdlibdə qətlə yetirilən uşaqların fotoşəkillərini nümayiş etdirərək bu faciəyə biganə qalmamağa çağırıb. Rəsmi Moskva isə öz növbəsində səsləndirilən informasiyaları yalan adlandırıb və Suriyaya dəstək verməkdə davam edəcəyini bildirib. Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamənin qərəzli olduğunu qeyd edən Rusiya Xarici İşlər Nazirliyinin informasiya departamentinin direktoru Mariya Zaxarova keçirdiyi mətbuat konfransında yayılan xəbərləri ABŞ, Fransa və İngiltərənin dünya ictimaiyyətinə sırımağa çalışdığı yalan və əsli olmayan hekayə adlandırıb. Digər tərəfdən, Rusiya Bəşər Əsədə sadiq qüvvələrə məxsus təyyarələrin müxalifətə aid silah anbarlarına zərbə vurduğunu, insanların zəhərlənməsinə bu anbarlarda saxlanan qazların səbəb olduğunu iddia edib. Xatırladaq ki, BMT nümayəndələri əvvəllər də Hələb şəhərinə hücumu zamanı rejimə aid silahlı qüvvələr tərəfindən xlor qazından istifadə olunduğu barədə informasiya yaymışdı.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info