Son üç ayda ölkəmizə gələn turistlərin sayı 557 mindən artıq olub
Tarix: 07.04.2017 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş Turizm Şurasının aprelin 6-da Bakı Ekspo Mərkəzində üçüncü iclası keçirilib.
İclasda aprelin 10-dan öz işinə başlayacaq Bakı Şopinq Festivalının təşkili üzrə görülmüş işlər və şuranın ikinci iclasının protokoluna əsasən üzv qurumlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin cari vəziyyəti, eyni zamanda mayın 4-6-da Bakıda gerçəkləşəcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə edilib. İclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə gündəlikdə duran məsələlər haqqında ətraflı məlumat verib. Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdıraraq ötən illər ərzində turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışıb. Prezident İlham Əliyevin 27 dekabr 2016-cı il fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yollarından bəhs edən Ə.Qarayev statistik rəqəmləri diqqətə çatdıraraq son üç ayda ölkəmizə gələn xarici turistlərin sayının 557 mindən artıq olduğunu söyləyib. Ölkəmizə gələn turistlər, əsasən, Rusiya, Gürcüstan, İran, Türkiyə, Ərəb ölkələrini əhatə edir. Bakı Şopinq Festivalına hazırlıqla bağlı fikirlərini bölüşən nazir deyib ki, festivalın hazırlıqla bağlı bütün müvafiq işlər görülüb: “Hazırda 102 ticarət obyekti qeydiyyatdan keçib və proses davam edir. Festivala uyğun bütün maliyyə və vergi, təhlükəsizlik və digər qaydalar öz həllini tapıb, reklam işlərinin təyin edilməsi uğurla davam etdirilir. Bundan əlavə, bu gündən etibarən beş gün müddətində iştirakçılar üçün Azərbaycan Turizm və Menecment Universitetində treninqlər reallaşacaq. Treninqlər Vergilər Nazirliyi və universitetin müəllim heyəti tərəfindən həyata keçiriləcək. Festivalda 40-dək restoran iştirakçı qismində qeydiyyatdan keçib. Qısa müddətdə təşkil edilən festival cəmiyyətdə artıq böyük maraq doğurub. Televiziyalar və festivalın rəsmi informasıya tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC cəmiyyəti festivalla bağlı dolğun məlumatlandırır”. Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova çıxış edərək festivala hazırlıqla bağlı görülən işlərdən danışıb: “Festival geniş təbliğ edilməklə yanaşı, ƏDV-nin qaytarılması ilə bağlı məlumatlar ictimaiyyətə çatdırılıb. ƏDV-nin qaytarılması proqramı üzrə normativ baza uğurla tamamlanıb və xidmət şəbəkəsi üzrə hazırlıq işləri yekunlaşıb. Buraya proqram təminatı, müvəkkil banklar, ƏDV köşklərinin quraşdırılmasını aid etmək olar. Festivalın xaricdə təbliğatı işləri də uğurla davam etdirilir. Festival yeddi ölkədə təbliğ edilir. Festival boyunca əyləncəli və mədəni tədbirlər həyata keçiriləcək. Bu tədbirlər şəhərin ən çox sıx turist axını olan nöqtələrində reallaşacaq. Martın 1-dən fəaliyyətə başlayan festivalın saytına bu günədək 57 min baxış olub. Sosial şəbəkələrdə yerləşdirilmiş reklamlar 10 milyon auditoriya tərəfindən görülmüş və 600 min insan buna reaksiya vermişdir”. İclas mayın 4-6-da Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlərinin müzakirəsi ilə davam edib. Diqqətə çatdırılıb ki, sözügedən Forum BMT səviyyəsində dəstəklənəcək və tədbir bu nüfuzlu qurumun rəsmi saytı vasitəsilə birbaşa yayımlanacaq. İclasda Şura üzvləri tərəfindən turizmin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə müzakirələr aparılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info