Sahibkarlarımız Sankt-Peterburqda keçirilən yarmarkalarda iştirak edəcəklər
Tarix: 07.04.2017 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


Sankt-Peterburqda Azərbaycan və Rusiyanın Sankt-Peterburq Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan və Rusiya Federasiyasının Sankt-Peterburq hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının həmsədri, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Rusiya Federasiyası ilə əməkdaşlığın qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslandığını və strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradılıb, 50-dən çoxu iqtisadi sahəyə aid olmaqla 170-dən artıq sənəd imzalanıb. İndiyə qədər Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 mlrd. dollar, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollar sərmayə yatırılıb. Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10,5% artmaqla 2 mlrd. dollar təşkil edib. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir və Azərbaycanın xaricdə ilk ticarət nümayəndəsi də məhz Rusiyaya təyin olunub. Bildirilib ki, Rusiyanın federal subyektləri ilə birbaşa əlaqələrin qurulmasında və əməkdaşlığın inkişafında Azərbaycan-Rusiya regionlararası forumlarının mühüm rolu var. Hazırda bu ilin sonunda Stavropolda 8-ci regionlararası forumun keçirilməsi təklifi nəzərdən keçirilir. S.Məmmədov Azərbaycan dövlət başçısının uğurlu siyasətinin davamı olan iqtisadi islahatlar barədə ətraflı məlumat verib və aparılan islahatların iqtisadiyyatın inkişafında mühüm rolunu vurğulayıb. Sankt-Peterburqun Sahibkarlıq və İstehlak Bazarının İnkişafı üzrə Komitəsinin sədri, Azərbaycan və Rusiya Federasiyasının Sankt-Peterburq hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının həmsədri Elgiz Qaçayev Rusiyanın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, iki ölkə arasında əlaqələrin inkişaf etməsi fonunda Azərbaycan-Sankt-Peterburq əlaqələrinin genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının əhəmiyyətini vurğulayıb. İclasda komissiyanın üzvləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər. Sonda Azərbaycan və Rusiya Federasiyasının Sankt-Peterburq hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının ilk iclasının protokolu imzalanıb. Sənəddə tərəflərin təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin genişləndirilməsi, Azərbaycan sahibkarlarının Sankt-Peterburq ərazisində keçirilən yarmarkalarda iştirakı, qarşılıqlı maraq kəsb edən sahələrdə birgə müəssisələrin yaradılması və s. sahələrdə əməkdaşlıq və birgə tədbirlər nəzərdə tutulur. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko və vitse-qubernator Sergey Movçanla görüşlərində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub
15.02.2019
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info