“ÜAK-ın bağlanması bizi ciddi narahat edir”
Tarix: 07.04.2017 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması bizim üçün yaxşı olmayan situasiyadır”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycandakı rus icmasının rəhbəri, deputat Mixail Zabelin Milli Məclisin bu gün keçirilən iclasında deyib.
 
Azərbaycanda rus icmasının olduqca rahat və çox aktiv fəaliyyət göstərdiyini, 16 000 tələbənin burada rus dilində ali təhsil aldığını xatırladan M. Zabelin bildirib ki, Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti də həmişə qanunauyğun olub: “Son həftə Rusiya Dövlət Dumasının deputatları ilə əlaqə saxlamışam. Bu məsələ bizi ciddi narahat edir”.
 
Deputat ümidvar olduğunu bildirib ki, məhkəmə ÜAK-ın bağlanmasına dair qərar verməyəcək və məsələ azərbaycanlıların xeyrinə nəticələnəcək.   
 
Spiker Oqtay Əsədov isə bildirib ki, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaşayır: “Cənab Zabelin, siz məktubla Rusiya Ədliyyə Nazirliyinə müraciət edin və bunu onlara bildirin. İmkan verməyək ki, pis qüvvələr yaxşı qüvvələrə qalib gəlsin”.
 
M. Zabelin isə xatırladıb ki, artıq müraciət hazırlanıb və  göndərilib. O əmin olduğunu bildirib ki, bu, nəzərə alınacaq.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info