Dini icmalar ümummilli liderin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirir
Tarix: 17.04.2013 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icmalar tərəfindən keçirilən silsilə tədbirlər davam edir.
Bu barədə jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov məlumat verib. Dövlət Komitəsinin sədri bildirib ki, tədbirlərə ötən həftə start verilib: “Ötən həftə Şamaxıda ümummili lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda dini icmalar üçün iki günlük regional konfrans keçirildi. Şirvan bölgəsinə daxil olan 9 rayonun dini icmaları bu tədbirdə iştirak etdilər. Bunun davamı olaraq hazırda digər bölgələrdə də analoji tədbirlər davam edir.”
E.İskəndərov bildirib ki, Respublikanın Şirvan, Ağcabədi, Gəncə, Quba, Lənkəran, Zaqatala şəhərlərində “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı silsilə tədbirlər keçirilir.
Dövlət Komitəsinin sədri yaxın günlərdə start veriləcək tədbirlər barədə də danışıb: ”Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Tolerantlıq Mərkəzi”nin təşəbbüs layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə müxtəlif konfessiyalara (müsəlman, yəhudi, xristian) mənsub dini icmaların iştirakı ilə 9 min ağacın əkilməsi kampaniyası keçiriləcək. Həmçinin, dini icmalar arasında mini futbol turnirinə də start veriləcək. Turnirin əsas məqsədi müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmləndirilməsinə kömək, Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə, dini icma nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və onların ümummilli lider Heydər Əliyev ideyaları ətrafında birləşdirilməsidir.”
Dövlət Komitəsinin sədri bu ayın sonuna kimi ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə bağlı jurnalistlər və dini icmalar arasında keçirilən məqalə müsabiqənin nəticələrinin elan ediləcəyini də bildirib: “Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” mövzusunda məqalə müsabiqəsi elan edilib. Bu ayın sonuna kimi müsabiqənin nəticələri elan ediləcək və qaliblər mükafatlandırılacaq”.




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb
18.04.2019
“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir
18.04.2019
Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib
18.04.2019
Beynəlxalq konfransda Azərbaycandakı məhkəmə-hüquq islahatları barədə söz açılıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info