“ABŞ-dan izahat gözləyirik”
Tarix: 07.04.2017 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


"ABŞ tərəfinin məlum fəaliyyətini 2015-ci ildə Suriyaya dair imzalanan Memorandumun kobud şəkildə pozulması kimi qiymətləndiririk". 
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
 
O, Rusiya Müdafiə Nazirliyinin Pentaqonla sözügedən memorandum çərçivəsində əməkdaşlığı dayandırdığını söyləyib: "ABŞ-ın zərbələri əsaslandırmaq üçün Dəməşqin 2013-cü ildə kimyəvi silahların qadağan olunması haqqında Konvensiyanı kobud şəkildə pozmasına dair ittihamları əsassızdır. Artıq demişik ki, Suriya qoşunları kimyəvi silahdan istifadə etməyib. ABŞ-dan Suriya ordusunun Han-Şeyhunda kimyəvi silahdan istifadə etməsinə dair sübutlarla bağlı izahat gözləyirik”. 
 
Konaşenkov xatırladıb ki, 2013-2016-cı illərdə Suriya hökuməti kimyəvi silahların ləğvinə dair bütün tədbirləri yerinə yetirib. Onun sözlərinə görə, bütün ehtiyatlar məhv edilib ya Suriya ərazisindən çıxarılıb: “ABŞ administrasiyası dəyişir, amma Yuqoslaviya, İraq və Liviya bombardmanlarından bu vaxtadək müharibəyə başlamaq metodları dəyişmir. Diqqətinizə çatdırıram ki, Suriya aviabazasına endirilən raket zərbələrindən dərhal sonra İŞİD və “Ən Nüsra”nın Suriya qoşunlarına qarşı genişmiqyaslı hücumu başlayıb. Ümid edirik ki, silahlıların bu fəaliyyəti ABŞ tərəfi ilə razılaşdırılmayıb".  




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info