Lənkəranda aparılan quruculuq-abadlıq işlərinə kölgə salmağa cəhd edilib
Tarix: 17.04.2013 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


“DİA.az” saytında rayon rəhbərliyinin hasarlama, divarlara daşdan üzlük vurma və digər məsələlər barədə yazıda həqiqətə uyğun olmayan, ucuz sensasiya yaratmaq məqsədi güdən fikirlər səsləndirilməklə Lənkəran şəhərində aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərinə kölgə salmağa cəhd edilib, bu sahədə həyata keçirilən tədbirlərin mahiyyəti bilərəkdən təhrif olunmuş şəkildə verilib”. Bu barədə açıqlamanı “Azadinform”a Lənkəran Şəhər İcra Hakimiyyətindən veriblər.
Məlumatda bildirilir ki, Azərbaycanın hər guşəsi kimi Lənkəran şəhəri də sürətlə inkişaf edir, yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, müasir dizaynda yeni parklar, bağlar salınır, magistral yollarda və şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun istinad divarları hörülür, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılır. Belə yol guşələrindən biri də, Ürgə kəndi ərazisində qurulur. Lənkəranın turizm imkanlarını yaxşılaşdırmaq baxımından böyük əhəmiyyəti olacaq bu layihə gerçəkləşəndən sonra şəhərin şimal tərəfdən görünüşü hər bir qonaqda gözəl təəssürat, xoş ovqat yaranacaq . Göründüyü kimi, məqalədə verilmiş fikirlərin əksinə olaraq Lənkəranda həm istinad divarları hörülür, küçə hasarları və divarlar zövqlə rənglənir, həm də təbii imkanlardan istifadə edilərək təbiət mənzərələrini əks etdirən yol guşələri yaradılır. Hər iki halda məqsəd Lənkəran şəhərini inkişaf etdirib gözəlləşdirmək, onu sakinlər və qonaqlar üçün daha yaraşıqlı, rahat və mədəni şəhərə çevirməkdir. Təəssüflər olsun ki, məqalədə səsləndirilən fikirlər bu məqsədə deyil, tamamilə yad düşüncələrə və xam xəyallara xidmət edir.
Məlumatda qeyd olunur ki, bu cür ucuz yalanlarla nə lənkəranlıları, nə də Lənkəranı sevən insanları çaşdıra bilməyəcəksiniz. Lənkəranlılar şəhərimizdə görülən işləri ürəkdən bəyənirlər: “Prezident İlham Əliyevin ardıcıl diqqəti və qayğısı ilə Lənkəranın inkişafı üçün görülən bu işlərlə hər bir lənkəranlı fəxr edib qürur hissi keçirir. Ürəyi saf, qəlbi təmiz insanlar bu məlum həqiqəti görür və dərk edirlər. Ürəyi qara niyyətlərlə dolu, qəlbi çirkin insanlar bu həqiqəti nə görə bilər, nə də dərk edə bilərlər”.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info