Şəhid Sarvan Mehralıyevin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib
Tarix: 07.04.2017 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Aprelin 7-də Pirallahı rayon məktəbliləri arasında “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında mini futbol turniri keçirildi. Aprel döyüşlərinin ilk şəhidi, torpaqlarımızın bütövlüyü uğrunda ən müqəddəs zirvəyə - şəhidlik zirvəsinə ucalan 186 nömrəli tam orta məktəbin 2014-cü il məzunu Sarvan Mehralıyevin xatirəsinə həsr olunan yarışda rayonun 186, 168, 243, 231 və 235 nömrəli tam orta məktəblərinin komandaları iştirak etdilər.
Pirallahı rayonundakı 186 №-li məktəbin həyətində qurulmuş süni örtüklü idman meydançasında keçirilən yarışların nəticələrinə görə final mərhələsinə 243 və 186 nömrəli məktəblərin komandaları çıxdılar.  Gərgin mübarizə şəraitində keçən görüşdə 186 nömrəli tam orta məktəbin komandası qalib gəldi. Qalib komandalar kubok və fəxri fərmanla təltif olundu.
Tədbirdə çıxış edən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov bildirdi ki, bu gün ölkəmiz müharibə şəraitində olmasına və torpaqlarının 20 faizinin işğala məruz qalmasına baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Bu özünü həyatımızın hər bir sahəsində, o cümlədən ordu quruculuğunda bariz şəkildə göstərir. İndi Azərbaycan Respublikası ilə Ermənistan arasında hər sahədə olduğu kimi ordu quruculuğunda da dərin, müqayisə olunmayacaq fərq var. Bu özünü 4 günlük aprel döyüşlərində də göstərdi. Belə ki, 2016-cı il aprelin 1-dən 2-ə keçən gecə növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirərək minlərlə hektar torpağı işğaldan azad etmiş və on minlərlə hektar torpağa nəzarəti ələ almışdır. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Bir sözlə, aprel döyüşləri Azərbaycan ordusunun gücünün bir daha təsdiqi idi. Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Sarvan və qardaşı Namiq Mehralıyevlər qaynar döyüş gedən ön mövqedə döyüşüblər. Düşmənin təhlükəli atəş nöqtəsini susduran, bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edən Sarvan Lələtəpəyə ilk olaraq çatmış və burada qəhrəmancasına şəhid olmuşdur. Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
H. Şikarov həmçinin qeyd etdi ki, ölkəmizin başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. O qeyd etdi ki, Pirallahı rayonunda da  idmanın inkişafı daim diqqət mərkəzindədir. Yarışlarda uğurla çıxış edən rayon idmançıları ötən il ölkədaxili birinciliklərdə 20 qızıl, 20 gümüş və 25 bürünc medal qazanmışlar. Beynəlxalq yarışlarda idmançılarımız 5 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışlar. Bu idman yarışının da xüsusi önəm daşıdığını qeyd edən H.Şikarov bidlirdi ki, rayonumuzda həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsi də daim diqqət mərkəzindədir və bu istiqamətdə mütəmadi olaraq işlər görülməkdədir. Şöbə müdiri turnirin qaliblərini təbrik etdi və onlara uğurlar arzuladı.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info