“Xarici QHT-lər öz fəaliyyətlərini qanunvericilik çərçivəsində qurmalıdırlar”
Tarix: 17.04.2013 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


Hazırda bütün dünyada fəaliyyət göstərən beynəlxalq QHT-lərin, fondların sayı günü-gündən artmaqdadır. Onlar müxtəlif sahələrdə, müxtəlif adlar altında fəaliyyət göstərirlər.
Bu beynəlxalq QHT-lərdən bəziləri siyasi fəaliyyətlə məşğul olur və yerləşdikləri regionda böyük güclərin, pərdəarxası oyunçuların maraqlarının təmsilçisinə və icraçısına çevrilirlər. Həmin maraqları həyata keçirərkən yerləşdikləri dövlətlərin siyasi maraqlarını isə nəzərə almır və müxtəlif vasitələrdən- antimilli qüvvələri maliyyələşdirmək, qeyri-şəffaf böyük məbləğli maliyyə əməliyyatlarından və s. istifadə edirlər. Ölkəmizdə baş verən son hadisələr belə təşkilatların Azərbaycanda da fəaliyyət göstərdiklərini, burada sabitliyin pozulmasında maraqlı olduqlarını aşkara çıxardı. Mövzu ilə bağlı müsahibimiz Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovdur:
- Müasir dövrdə böyük dövlətlər, xarici qüvvələr dünyanın müxtəlif regionlarında, müxtəlif ölkələrdə öz maraqlarını həyata keçirmək üçün müxtəlif beynəlxalq QHT-lər, fondlar qurur, onlara böyük maliyyə vəsaitləri ayıraraq həmin regionlarda və ölkələrdə müxtəlif qüvvələri maliyyələşdirir, beləliklə, siyasi proseslərə müdaxilə edirlər. Bu, onlara siyasi prosesləri öz maraqları çərçivəsində istiqamətləndirməyə kömək edir. Bu haqda nə deyə bilərsiniz?
- Əgər araşdırsaq, görərik ki, beynəlxalq təşkilatların, fondların və qurumların bir çoxunun rəhbərliyində keçmiş siyasi xadimlər təmsil olunurlar. Həmin siyasi xadimlər vəzifədən getdikdən sonra müxtəlif xarici QHT-lərə qoşularaq təmsil etdikləri dövlətlərin maraqlarını həyata keçirirlər. Xüsusilə bu QHT-lərin fəaliyyəti postsovet məkanında son illərdə daha da güclənib. Belə təşkilatlar fəaliyyət göstərdikləri ölkələrin maraqlarını nəzərə almadan öz dövlətlərinin maraqlarını üstün tutaraq müxtəlif adlar altında fəaliyyətlərini çox zaman qeyri-qanuni şəkildə həyata keçirirlər.
- Son dövrdə aparılan araşdırmalar və aşkar olunan faktlar sözügedən fondların ölkəmizdə də antimilli qüvvələri maliyyləəşdirdiklərini, qeyri-şəffaf maliyyə əməliyyatları apardıqlarını sübut edir. ABŞ-ın Milli Demokratiya İnstitutunun “Nida” hərəkatını maliyyələşdirməsi ilə bağlı faktlar dediklərimizə misal ola bilər. Sizcə, belə təşkilatların ölkəmizdə milli maraqlarımıza zidd şəkildə fəaliyyət göstərmək imkanı tapmalarının səbəbi nədir? Necə olur ki, onlar belə zərərli fəaliyyət göstərə bilirlər?
- Azərbaycanda bütün beynəlxalq təşkilatlara fəaliyyət göstərmələri üçün münbit şərait yaradılır. Lakin bəzi xarici təşkilatlar onlara verilən imkanlardan sui-istifadə edərək ölkədə sabitliyi pozmaq istəyən qüvvələrlə ünsiyyət qurur, onları maliyyələşdirir və ölkədə antimilli qüvvələrin formalaşmasına kömək edirlər. Bunu etməklə öz məqsədlərini həyata keçirmək istəyirlər. Ölkəmiz bu gün güclənir, inkişaf edir. Hamı, bütün təşkilatlar qanun qarşısında bərabər olmalıdır. Onların fəaliyyətləri qanundan kənarda olmamalıdır. Necə olur ki, ölkəmizdəki yerli QHT-lərdən qanunlar çərçivəsində fəaliyyət göstərmələri tələb olunur, amma xarici QHT-lər bunu etmirlər? Xarici QHT-lərdən dövlətimizin qanunlarına riayət olunması tələb edilməli, yeri gəldikdə qanunlarımızın gücü onlara göstərilməlidir.
Belə təşkilatların fəaliyyətinə qanunvericilik çərçivəsində nəzarət edilməlidir.
- Azərbaycanda çoxlu sayda dövlətçilik naminə fəaliyyət göstərən QHT-lər var. Belə QHT-lər ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasında maraqlı olan xarici QHT-lərə qarşı öz fəaliyyətlərini necə qurmalıdırlar?
- Bütün qanun pozuntularına qarşı ölkəmizin qanunları durmalıdır. Ölkəmizdə dövlətçilik naminə fəaliyyət göstərən QHT-lər, cəmiyyəti maarifləndirən QHT-lərin sayı kifayət qədərdir. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması üçün son dövrlərdə çoxsaylı tədbirlər həyata keçirilir. Belə QHT-lər öz fəaliyyətlərini daha da gücləndirməlidirlər. Lakin bununla yanaşı, yenə qeyd edirəm ki, bütün QHT-lər Azərbaycan qanunvericiliyi çərçivəsində öz fəaliyyətlərini qurmalıdırlar.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Şəkidə arıçılara 160 min manatadək subsidiya ödənilib
20.08.2019
Masallı rayon ağsaqqallar Şurasının yığıncağında
20.08.2019
Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri davam etdirilir
20.08.2019
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20.08.2019
Bu gündən havanın temperaturu qalxır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info