“İran və Rusiya ABŞ-ın Suriyaya hücumu qarşısında sakit oturmayacaq”
Tarix: 07.04.2017 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


“Müharibədə udan tərəf olan ölkə nə üçün belə bir addım atmalıdır?”

“İran və Rusiya Donald Tramp hökumətinin Suriyaya hücumu qarşısında sakit oturmayacaq”. İran parlamentinin rəsmi saytının məlumatına görə, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaiddin Bürucerdi deyib. “Bütün dünya bilir ki, suriyalılar BMT ilə əldə etdiyi razılıq əsasında bütün kimyəvi silahlarını təhvil verib. Deməli, Suriya hökumətinin ixtiyarında kimyəvi silah yoxdur. Digər tərəfdən kimyəvi silahlardan istifadə adətən o vaxt baş verir ki, ordu qüvvələri müharibədə məğlub olduğunu hiss edir. Suriya ordusunun mövqeləri isə yaxşıdır, Hələbi azad edib, digər bölgələri azad etmək üzrədir. Müharibədə udan tərəf olan ölkə nə üçün belə bir addım atmalıdır? Əslində, Suriya hökumətində heç kimyəvi silah da yoxdur”, - deyə o vurğulayıb. Bürucerdi deyib ki, terrorçular bundan öncə kimyəvi silahdan istifadə etməkdən çəkinmədiyini göstəriblər: “Əsəd hökumətinin kimyəvi silahdan istifadə etməsi iddiası boş bir şeydir. Bu, son 6 ildə Suriyada məğlub olan ABŞ və Avropadan olan müttəfiqləri üçün bir bəhanədir. Onlar təbliğat maşınını işə salaraq dünya ictimaiyyətinin fikrini yayındırmaq istəyir və məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaq istəyir”.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Özbəkistan da Türk Keneşinə qoşulur
13.09.2019
Ermənistan ordusunda intihar
13.09.2019
Rusiyada müxaliflərin ev və ofislərində axtarış edilib
13.09.2019
“Rusiya Ermənistanın suverenliyini tanımaq niyyətində deyil”
13.09.2019
Rusiya ABŞ dollarından imtina edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info