Elxan Şahinoğlu: “İctimai palata” dağıla bilər”
Tarix: 17.04.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


“Seçkiyə qatılan müxalifət təmsilçilərinin sayı çox olacaq”

Azərbaycanda seçki ərəfəsində müxalifət süstlükdən qurtulmağa çalışsa da, düşərgənin seçki fəallığı hələki onu təşkil edən partiya və qrupların bir-birilərinə qarşı ittihamları və ziddiyyətlərin artması ilə müşahidə olunur. Bu ərəfədə seçki hərislikləri coşan, siyasi kampaniyalardan pul qazanmaq istəyən müxalifət partiyası başçıları müxtəlif bloklar, formatların yaradılması ilə bağlı müzakirələrə qoşulurlar. Amma buna baxmayaraq, onlar hər müzakirədən bir-birilərilə daha kəskin düşmən kimi ayrılırlar.
Məsələn, son zamanlar “ictimai palata” ilə “el” hərəkatının “milli şura” yaratmaqla bağlı müzakirəsi olsa da, sonda tərəflər qarşılıqlı ittihamlarla bir-birilərini suçladılar, hər biri qarşı tərəfi müxalifəti parçalamaqda günahlandırdılar. Burada isə müxalif başçıların seçkidə namizədlik məsələsində bir-birilərinə güzəştə getmək istəmədiklərini xüsusilə qeyd etmək lazımdır. Bütün bunlar bir daha göstərir ki, müxalif qüvvələr seçki ərəfəsində qüvvələrini birləşdirməkdə hələki acizdirlər və onların seçkidə birləşmiş formada iştirak edəcəyini gözləmək də yersizdir. Çünki müxalifətin əvvəlki seçki təcrübələri də bunu dəfələrlə sübut edib.
Bu məsələ ilə bağlı bizə fikirlərini bildirən politoloq Elxan Şahinoğlu da müxalifətin seçki ərəfəsində pərakəndə şəkildə fəaliyyət göstərdiyini düşünür: “Azərbaycanda seçkiqabağı mühit müxalifət düşərgəsində o qədər də hiss olunmur. Seçkiyə 6 ay qalsa da, canlanma yoxdur. Doğrudur, bir çoxları artıq namizədliyini irəli sürüb, ancaq bu amil seçki yarışının başlaması anlamına da gəlmir. Müxalifət qurumlarından olan “ictimai palata”nın əsas namizəd məsələsində razılığa gələ bilməməsi də vəziyyəti mürəkkəbləşdirir. Bu gedişlə “ictimai palata” əsas namizədi müəyyənləşdirə bilməzsə, qurum dağıla bilər”.
“İctimai palata ilə “el” hərəkatı arasındakı qarşıdurmalara münasibətini bildirən politoloq belə qeyd etdi: “İctimai palata” ilə “el” hərəkatı arasındakı münasibətlərdən xəbərsizəm. Ancaq deyəsən, “el” hərəkatının da prezidentliyə namizədi olacaq. Bu, o deməkdir ki, əsas namizəd məsələsində İsa Qəmbər “el” hərəkatı ilə də razılığa gəlməlidir. Əgər bu da alınmasa, demək, seçkiyə qatılan müxalifət təmsilçilərinin sayı çox olacaq. Bu isə narazı elektoratın parçalanması demək olacaq”.
Göründüyü kimi, indiyə qədər rəyini öyrəndiyimiz siyasilər, ekspertlər və müxalifət düşərgəsinin nümayəndələri də müxalifətin seçki ərəfəsində parçalanmış və pərakəndə olduğunu, seçkiyə isə çoxlu namizədlərlə qatılacağını bildirirlər. Bu isə müxalifətin növbəti seçkidə ümumi uğursuzluğunu qaçılmaz edir...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info