London Moskva ilə “gizli əlaqə” qurmaq istəyir?
Tarix: 08.04.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


“The Independent”: “Tereza Mey kabineti Brüssellə korlanmaqda olan münasibətləri Moskva ilə qurulacaq münasibətlə kompensasiya etməyi hədəfləyir”

Britaniya hökuməti Rusiya ilə “gizli əlaqələr qurmaq” niyyətindədir. Bu barədə Britaniya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən “The Independent” nəşri məlumat yayıb. Nəşrin ehtimalına görə, burada söhbət, sadəcə, dostluqdan deyil, hansısa bir şəkildə “konstruktiv dialoq” qurmaqdan gedir.
Nəşr yazır ki, Londonda belə bir istək, yəni Moskvaya meyillilik Britaniya rəsmilərinin Vaşinqtona səfərlərindən sonra qeyri-leqal müstəviyə keçib. Donald Tramp administrasiyasının da Rusiya prezidenti Vladimir Putinlə əlaqə qurması gözlənilir. Belə görünür ki, Avropa İttifaqından çıxmağa start verən Birləşmiş Krallıq bundan sonra yeni siyasət həyata keçirəcək. Rusiya ilə hələlik “gizli əlaqələr” qurmaq niyyətində olan Tereza Mey kabineti Brüssellə korlanmaqda olan münasibətləri Moskva ilə qurulacaq münasibətlə kompensasiya etməyi hədəfləyir. Britaniyanın Rusiya ilə yaxınlaşma mövzusuna toxunan “The Independent” nəşri yazır ki, Londonun belə bir istəkdə olması hələ martın əvvəllərində meydana çıxmışdı. Həmin vaxt ölkənin xarici işlər naziri Boris Conson son beş ildə Moskvaya səfər edən ilk ingilis nazir olmağa hazırlaşırdı. Nazirin Moskvada Suriya, Livan və Ukraynadakı vəziyyəti müzakirə edəcəyi nəzərdə tutulurdu. Lakin həmin vaxt Consonun Moskva səfəri NATO-nun xarici işlər nazirlərinin görüş səbəbindən təxirə salınmışdı. “The Independent” Londonun bu səfərdən vaz keçmədiyinə və Consonun səfərinin baş tutacağına əmindir. Bəzi Britaniya KİV-i yazır ki, Conson Moskvaya səfərin “həsrətində” deyil, amma ətrafı onu bu səfərə sövq edir. Son vaxtlar Londonda bas verən bəzi hadisələr də bunu təsdiq edir. İlk olaraq Britaniya Mühafizəkarlar Partiyası İdarə Heyətinin Yaxın Şərq üzrə xüsusi hesabatı yada salınır. Belə ki, hesabat müəllifləri Britaniya hökumətindən Londonun Liviyanın şərqinə nəzarət edən və Rusiyanın dəstəklədiyi marşal Haftara dəstək olmağı tövsiyə ediblər. Qeyd edək ki, Avropa İttifaqı Haftarın legitimliyini tanımır. Digər hesabat parlamentin Beynəlxalq məsələlər komitəsi tərəfindən açıqlanıb. Həmin hesabatda Moskva ilə dialoqun vacib olduğu qeyd edilib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info