“Qadınlar Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeləri ilə seçilirlər”
Tarix: 10.04.2017 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Azərbaycan mədəniyyətinin ölməz incilərindən olan “O olmasın, bu olsun” musiqili kinokomediyası Los Ancelesdə nümayiş etdirilib.
 
Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib.
 
Baş Konsulluqda keçirilən nümayişdə amerikalı elm və mədəniyyət xadimləri, jurnalistlər, sənətsevərlər, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər.
 
Tədbirin əvvəlində çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilmiş “O olmasın, bu olsun” musiqili kinokomediyasının təkcə Azərbaycan xalqı tərəfindən deyil, dünya kinosevərləri tərəfindən də uzun illərdir məhəbbətlə izlənildiyini, eləcə də beynəlxalq kino incəsənətinin unudulmaz əsərlərindən birinə çevrildiyini bildirib. Baş konsul qeyd edib ki, bu kinofilmdə dövrün hadisələri komediya janrında təqdim olunsa da, o dövr üçün xarakterik olan bir sıra ciddi sosial-mədəni məsələlər, xüsusilə qadın haqları məsələsi böyük ustalıqla işıqlandırılıb. O zamanlardan bəri Azərbaycanda qadın haqlarının müdafiəsində böyük inkişafın baş verdiyini bildirən N.Ağayev, son 100 ildə Azərbaycanın qadın haqları sahəsində bir çox müsəlman, eləcə də qeyri-müsəlman ölkələr üçün nümunəvi nailiyyətlərə imza atdığını, bu gün qadınların ölkənin ictimai-siyasi həyatında olduqca fəal mövqeləri ilə seçildiyini diqqətə çatdırıb.
 
Sonra Los Ancelesin tanınmış kardioloqlarından olan İzhar Xaruzi və  Kaliforniyadakı Azərbaycan icmasının fəallarından Kimiya Məmmədova çıxış ediblər. İ.Xaruzi bu gün də dünyanın müxtəlif ölkələrində qadın haqlarının inkişafı sahəsində ciddi islahatlara ehtiyac duyulduğunu vurğulayaraq, “O olmasın, bu olsun” kimi əsərlərin öz aktuallığını qoruduğunu, belə bir gözəl filmi ərsəyə gətirərək, istedadlı Azərbaycan kinematoqraflarının dəyərli kino əsəri yaratdığını bildirib.
 
K.Məmmədova isə sözügedən filmin Azərbaycanın mədəniyyət tarixinə qızıl hərflərlə yazıldığını bildirərək, belə əsərlərin geniş təbliğinin xüsusilə Azərbaycandan kənarda yaşayan gənc soydaşlarımızın milli-mənəvi dəyərlərimizə bağlılığına böyük töhfə verdiyini qeyd edib.
 
Daha sonra film nümayiş etdirilib. Korifey sənətkarlarımızın böyük ustalıqla yaratdıqları obrazlar amerikalı kinosevərlərin böyük marağına səbəb olub. Film gurultulu alqışlarla qarşılanıb.


Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info