Hollandiyadakı diaspor təşkilatının 10 illiyi qeyd olunub
Tarix: 10.04.2017 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Azərbaycandan kənarda yaşayan soydaşlarımız haqqında mütəmadi olaraq yazıların dərc edilməsi, onların Azərbaycanla bağlı keçirdikləri tədbirlərin işıqlandırılması artıq ənənəvi xarakter alıb. Belə cəmiyyətlərdən biri – Hollandiyada fəaliyyət göstərən “Odlar yurdu” cəmiyyəti haqqında da bir neçə kəlmə söz söyləmək yerinə düşərdi.
Azərbaycanı, onun tarixini, mədəniyyətini, yaşadıqları ölkələrin yerli əhalisinin diqqətinə çatdıraraq, tanıdılmasına xidmət göstərən cəmiyyətlərdən biri də, əsası 10 il bundan əvvəl qoyulmuş, Niderland krallığında fəaliyyət göstərən “Odlar yurdu” cəmiyyətidir. Cəmiyyət, mövcud olduğu illər ərzində Azərbaycan, onun mədəniyyəti, tarixi, musiqisi ilə bağlı müxtəlif tədbir və konsertlərin keçirilməsinə nail olmuşdur ki, bu da ölkəmizin, onun hüdudlarından kənarda, eləcə də Avropanın aparıcı dövlətlərindən biri olan Niderland krallığında tanıdılmasında böyük uğurlar əldə etmişdir.
Bu uğurların əldə edilməsində, Niderland “Odlar yurdu” cəmiyyətinin sədri, həmyerlimiz, 1996-cı ildən Niderland Krallığında məskunlaşan Firəngiz Bağırovanın böyük əməyi vardır. Firəngiz xanımın son illər ərzində keçirdiyi tədbirlərin əhəmiyyətini nəzərə alsaq, bu insanın doğrudan da nələrə qadir olduğunu aydın şəkildə hiss edə bilərik.
Ötən həftə “Odlar yurdu” yurdu cəmiyyətinin 10 illik yubileyi ilə əlaqədar keçirilən şənliklərdə bunun bir daha şahidi olduq. Tədbirdə iştirak edən tamaşaçı kütləsinin iştirakı, Niderlandda, Azərbaycana olan marağın nə qədər böyük olduğunu bir daha göstərmiş oldu ki, bu da özlüyündə sevindirici haldır. Əlbəttə ki, uğurların qazanılmasında, müvəffəqiyyətlərin əldə olunmasının arxasında, cəmiyyətin sədri olan Firəngiz Bağırovanın zəhməti dayanır.
Cəmiyyətin 10 illik yubileyi ilə bağlı tədbirin təntənəli açılışına Niderland və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə start verildi. Tədbir iştirakçılarının çıxışlarından və təbrik nitqlərindən sonra, Azərbaycan-Niderland dostluğunu özündə əks etdirən materialların təqdimatı oldu. Cəmiyyətin 10 il ərzində fəaliyyət dövrünü özündə əks etdirən foto materialları xüsusi ilə diqqəti cəlb edirdi.
Musiqi nömrələri ilə tədbirə qatılmış Klankrijk Drenthe Holland musiqi məktəbinin şaqirdləri , Azərbaycan bəstəkarlarının musiqisindən ibarət olan əsərləri ifa etməsi isə tədbirin kulminasiya nöqtəsi oldu. Alqışlarla qarşılanan bu çıxışlar, Niderland vətəndaşının Azərbaycan musiqisinə heyranlığının bariz nümunəsidir.
10 illik yubileyləri münasibəti ilə cəmiyyət üzvlərini təbrik edir, eləcə də Firəngiz xanıma, onun rəhbərlik etdiyi “Odlar yurdu” cəmiyyətinə uğurlar arzulayırıq.
Azərbaycanı dünyaya tanıtmaq, hər birimizin Azərbaycanlı olaraq borcumuz və şərəf işimizdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info