Ədiblərimizin məqalələri xaricidilli Vikipediyalarda
Tarix: 10.04.2017 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Şəms Tərcümə Xidmətləri Mərkəzinin birgə əməkdaşlığı nəticəsində Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli qəhrəmanlarımız - Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucov haqqında "Vikipediya"dakı məqalələr italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək “Vikipediya”nın xarici dillər bölmələrində yerləşdirilib. Tərcümə işi “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib. Bu əməkdaşlığı davam etdirmək üçün MEK ilə Şəms Tərcümə Xidmətləri Mərkəzi arasında təşkil olunmuş görüşdə təşkilatların gələcəkdə birgə fəaliyyəti müzakirə edilib. Qarşıda duran məsələlər sırasında Azərbaycan Vikipediyasında Azərbaycan ədibləri ilə bağlı mövcud olan məqalələrin Şəms Tərcümə Xidmətləri Mərkəzi tərəfindən xarici dillərə tərcümə olunması və xarici dildə olan Vikipediyaya yerləşdirilməsi xüsusi yer tutur. Bununla yanaşı mərkəzin əməkdaşlarının 2017-ci ilin aprel ayında Mərkəzi Elmi Kitabxananın təşkil etdiyi Vikipediya təlimlərində iştirakı müzakirə edilərək, müvafiq qərarlar verilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info