56 min manatdan çox gecikdirilmiş ödənişin işçilərə ödənilməsi təmin olunub
Tarix: 10.04.2017 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Cari ilin birinci rübü ərzində vətəndaş müraciətləri ilə əlaqədar görülən tədbirlər nəticəsində işəgötürənlər tərəfindən ümumilikdə 56 516 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin vəsaitin 96,3%-ni əmək haqları, 1,8%-ni işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib.
 
Müraciətlərin araşdırılması zamanı əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş işçilərin də yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub. Görülən tədbirlərlə bərabər, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları aidiyyəti məsələlərlə bağlı işəgötürənlərə əmək qanunvericiliyinin tələbləri barədə ətraflı hüquqi izahatlar veriblər.
 
Hesabat dövründə xidmətin cari il üçün İş planına uyğun olaraq, ayrı-ayrı orta məktəblərin yuxarı sinif şagirdləri arasında əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də həyata keçirilib. Tədbirlərdə uşaq əməyinin istismarının qanunla qadağan olunduğu vurğulanıb,  ölkəmizin əmək qanunvericiliyində uşaq əməyindən istifadə ilə bağlı təsbit olunmuş normalar, yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin hüquqi prinsipləri, onlar üçün nəzərdə tutulan təminatlar və s. barədə yuxarı sinif şagirdlərinə geniş məlumatlar verilib. 

 
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info