III Ümumuniversitet bilik yarışması
Tarix: 17.04.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Heydər Əliyev və Naxçıvan” mövzusunda ingilis dilində III Ümumuniversitet bilik yarışması keçirilib. Viktorinada universitetin rektoru, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin siyasi kursunun bugünkü layiqli davamından, ölkədə aparılan təhsil və gənclər siyasətinin uğurundan danışıb.
Rektor həmçinin ingilis dilində qeyri-ixtisas fənləri öyrənən tələbələrin arasında belə yarışmaların keçirilməsini məqsədəuyğun hesab edib. Fakültə dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı bilik yarışmasının məqsəd və vəzifələri haqqında məlumat verib. Fakültə komandaları arasında püşkatmadan sonra, İKT tətbiqi ilə bilik yarışmasına start verilib. Qeyd edək ki, universitetdə təhsil alan xarici tələbələr də viktorinada iştirak ediblər.
On bir komandanın iştirakı ilə keçirilən yarışmada 55 tələbə iştirak edib. Tibb fakültəsinin komandası qalib gələrək I yerə çıxıb. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin iki komandası II və III yerləri bölüşüblər. İki mərhələdə keçirilən gərgin bilik yarışmasının qalib komandaları və fəal iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıb.
Mina QASIMOVA




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info