“ABŞ-la Rusiya toqquşmanın bir addımlığında olub”
Tarix: 10.04.2017 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Suriyanın Şayrat aviabazasına endirdiyi raket zərbələrinə görə ABŞ və Rusiya toqquşmanın bir addımlığında olub.
 
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran prezidenti Həsən Ruhani deyib.
 
H. Ruhaninin  sözlərinə görə, hava zərbələrini endirmək üçün ABŞ-ın gətirdiyi bəhanə əsassız olub: "“Qaz yayılıb, nəticədə insanlar ölüb. Biz məsələnin detallarını öyrənmək üçün beynəlxalq komissiyanın yaradılmasını təklif etdik. Fikrimizcə, məsələni araşdırmaq çətin deyildi. Məlum olsa ki, qazı terrorçular yayıb, ABŞ nə edəcək? Əgər terrorçular anlasa ki, hər dəfə qaz yaymaqla, ABŞ onları dəstəkləyəcək, o zaman bölgənin taleyi necə olacaq? Rusiya rəsmiləri mənimlə danışıqlarda bildirirdilər ki, raket zərbələrinə görə ABŞ-la münaqişənin bir addımlığında olublar”.
 
İran prezidenti həmçinin bildirib ki, ABŞ endirdiyi hava zərbələri danışıqlar prosesinə zərər vurub. Onun fikrincə, Suriya münaqişəsinin həlli ancaq siyasi yolla mümkündür: “Yekun qərar siyasi olmalıdır. Fikrimizcə, sülh danışıqları irəliləməlidir ki, biz Suriyadakı böhranın yekun həllinə yaxınlaşaq. ABŞ-ın etdiyi isə danışıqlar prosesinə zərər vurub”.
 
H. Ruhani ABŞ prezidenti Donald Trampın hava zərbələr ilə bağlı qərarını pisləyib və təkrar aviazərbələrin bölgədə vəziyyəti çətinləşdirəcəyini deyib.
 
Qeyd edək ki, aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə ABŞ-ın Aralıq dənizindəki iki hərbi gəmisindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb.
 
Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub, bir neçə təyyarə sıradan çıxıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info