“Fövqəladə hallar gənclərin diqqət mərkəzində” adlı tədbir keçirilib
Tarix: 10.04.2017 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “Fövqəladə hallar gənclərin diqqət mərkəzində” adlı praktiki tədbir keçirilib. Azərbaycan Kooperasiya Universitetində keçirilən tədbirdə universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin (FHN BRM) rəis müavini Elxan Cəbiyev və ATGTİ-nin departament direktoru Həsən Əliyev qonaq qismində iştirak edib.
“Fövqəladə hallar gənclərin diqqət mərkəzində” adlı tədbirdə çıxış edən FHN BRM-nin statistika sektorunun baş məsləhətçisi Fərid Məmmədhüseynov, təşkilati səfərbərlik bölməsinin baş zabiti Toğrul Vəliyev, daxili xidmət polkovnik-leytenantı Elgün Ələkbərov, “112 qaynar xətti”-nin operativ məlumat şöbəsinin baş zabiti leytenant Məhəmməd Əliyev baş verə biləcək bütün fövqəladə hallar zamanı gənclərin nələri bilməsi lazım olduğunu anlatmışdır. Çıxış edənlər həmçinin dəm qazı zəhərlənməsi zamanı göstərilən ilkin tibbi yardım, zəhərlənmənin öncədən qarşısının alınması üçün görülən konstrutiv tədbirlər barədə də gəncləri ətraflı məlumatlandırıb.
Tədbirin sonunda çıxış edən Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi polkovnik Vaqif Teymurov Bakıda baş vermiş fövqəladə hallardan danışaraq, gənclərə öz məsləhətlərini verib.
Qeyd edən ki, ATGTİ və FHN BRM birgə təşkilatçılığı ilə keçirilən “Fövqəladə hallar gənclərin diqqət mərkəzində” adlı tədbir növbəti günlərdə digər təhsil müəssisələrində də keçiriləcəkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info