Ədəbiyyatşünas alim və şair Atif Zeynallının xatirəsi anılıb
Tarix: 10.04.2017 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim və şair Atif Zeynallının xatirəsi anılıb.
Ədəbiyyat İnstitutundan bildirilib ki, Atif Zeynallının 90 illik yubileyinə həsr olunan tədbirdə onun elmi və ədəbi yaradıcılığının müxtəlif problemlərindən söz açılıb. Elmi sessiyada AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Atif Zeynallının ədəbiyyatşünaslıq fəaliyyətindən ətraflı bəhs edib. İnstitutun direktoru şairin bədii yaradıcılığından danışıb, elm və ədəbiyyat aləmindəki mövqeyini şərh edib.
İnstitutun ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Atif Zeynallının ədəbiyyatşünaslıq fəaliyyəti”, XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Safura Quliyeva “Atif Zeynallının poeziyası” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda AMEA-nın Memarlıq və İncəsənət İnstitutu direktorunun müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov mərhum ədəbiyyatşünas-şairin ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info