Dövlət qulluqçularının əməyi yeni qaydada qiymətləndiriləcək
Tarix: 17.04.2013 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


“Kim daha yaxşı çalışırsa, həmin dövlət qulluqçusunun
əməkhaqqı daha yüksək olacaq”


Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə “Heydər Əliyev - Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi” mövzusunda nəzəri-praktik konfrans keçirildi.
Tədbirdə çıxış edən komissiya sədri Bəhram Xəlilov bildirdi ki, Azərbaycanın dövlət qulluğu sisteminin banisi ümummilli lider Heydər Əliyevdir: “Məhz onun AKP MK-nın I katibi olduğu dövrlərdə Azərbaycan dili dövlət orqanlarında işlək dilə çevrildi. Azərbaycan gənclərinin xaricə oxumağa göndərilməsi, milli kadrların dövlətin idarə edilməsində irəli çəkilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan Konstitusiyasının hazırlanması da Heydər Əliyevin müstəsna xidmətidir. Bununla da müasir dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazasının özülü qoyulub”.
B. Xəlilov qeyd etdi ki, “Dövlət qulluğu” haqqında qanun da daxil olmaqla, dövlət qulluğuna dair qanunvericilik aktları Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qəbul olunub, “dövlət qulluğu” anlayışı gündəmə gəlib.

2014-2015-ci illərdə Azərbaycanda dövlət
qulluğuna qəbul imtahanları regionlarda da keçiriləcək


Bəhram Xəlilov jurnalistlərə açıqlamasında bildirdi ki, 2014-2015-ci illərdə Azərbaycanda dövlət qulluğuna qəbul imtahanları regionlarda da keçiriləcək. Onun sözlərinə görə, regionlarda dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsinin təşkil edilməsi üzrə işlər davam edir: “Biz istəyirik ki, dövlət qulluğuna qəbul imtahanları regionlarda da təşkil edilsin. Beləliklə də, vətəndaşlar Bakıya imtahan verməyə gəlməsinlər”. Komissiya sədri qeyd etdi ki, hazırda Dövlət Qulluğu Məcəlləsinin hazırlanması üzrə iş aparılır. Məcəllənin 2014-cü ilədək hazırlanması məsələsi dövlət proqramında da öz əksini tapıb. İlkin layihə işçi qrup tərəfindən artıq təqdim olunub. Bu yaxınlarda həmin layihənin ictimai müzakirəsi aparılıb: “Hazırda müzakirələrdən sonra təklif, irad və rəyləri gözləyirik. 2014-cü ilədək layihənin son variantını hazırlayacağıq. Məcəllənin hazırlanması zamanı qanunvericiliyin təkmilləşdirilməsi məsələsinə də diqqət yetiriləcək”.

“Dövlət qulluqçularının əməyinin qiymətləndirilməsi qaydaları”nın son variantı hazırlanıb

Bəhran Xəlilov açıqlamasında onu da bildirdi ki, Azərbaycanda dövlət qulluqçularının əməyi yeni qaydada qiymətləndiriləcək. Onun sözlərinə görə, komissiya tərəfindən “Dövlət qulluqçularının əməyinin qiymətləndirilməsi qaydaları”nın son variantı hazırlanıb: “Yaxın günlərdə qaydalar təsdiq olunacaq. Ölkə Prezidenti tərəfindən komissiyaya verilən tapşırığa əsasən, dövlət qulluqçularının xidməti fəaliyyətinin nəticələri ilə əmək haqları uyğunlaşdırılacaq. Kim daha yaxşı çalışırsa, həmin dövlət qulluqçusunun əməkhaqqı daha yüksək olacaq. Bunların hamısını bir normativ aktda nəzərdə tutmaq çox çətin məsələdir. Hazırda bu istiqamətdə iş aparılır”.

Avrasiya ölkələrinin dövlət qulluğu sahəsinə məsul olan qurumlarını birləşdirən şəbəkə yaradılacaq

Komissiya sədri onu da bildirdi ki, Avrasiya ölkələrinin dövlət qulluğu sahəsinə məsul olan qurumlarını birləşdirən şəbəkə yaradılacaq. Onun sözlərinə görə, Qazaxıstan Avrasiya ölkələri arasında dövlət qulluğu sahəsində bilik və təcrübə mübadiləsinə dair regional XAB-ın (Avrasiya ölkələrinin dövlət qulluğu sahəsinə məsul olan qurumlarını birləşdirən şəbəkə) yaradılmasını təklif edib və bununla bağlı Azərbaycanla Qazaxıstan arasında müzakirələr aparılıb. Komissiya sədrinin sözlərinə görə, dövlət qulluğu sahəsində regional XAB-ın yaradılmasının əsas məqsədi region ölkələri arasında beynəlxalq təşkilatların iştirakı ilə fasiləsiz əməkdaşlıq etmək, bilik, informasiya və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutan institusional şəbəkənin formalaşdırılmasıdır: “Azərbaycan regional XAB-ın yaradılmasında maraqlıdır. Bu, dövlət qulluqçuları arasında təcrübə mübadiləsinin aparılmasına, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə müsbət təsir göstərəcək”. B. Xəlilov bildirdi ki, bu il Dövlət Sosial Müdafiə Fondu və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının namizədliyini BMT-nin dövlət idarəçiliyində şəffaflıq üzrə mükafatına təqdim edib: “Artıq komissiya bütün mərhələlərdən keçərək son mərhələyə adlayıb. Baxmayaraq ki, bunun nəticəsinin necə olacağını bilmirik, hər halda hesab edirik ki, komissiyanın bu siyahıda olması bizim üçün uğurdur”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info