İsveçrə prezidenti: “Azərbaycan iqtisadiyyatına qlobal maraq artıb”
Tarix: 10.04.2017 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


İsveçrə Konfederasiyasının prezidenti Doris Loyhard Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
 
APA-nın məlumatına görə, məktubda deyilir:
 
“Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi bu il yanvarın 21-də qeyd olundu. Bu münasibətlə mən Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Bu ilin əvvəlində Davosda Dünya İqtisadi Forumu çərçivəsində Sizinlə fikir mübadiləmizi çox yüksək qiymətləndirirəm.
 
Ötən iyirmi beş il ərzində Azərbaycanın demokratiya və iqtisadi inkişaf sahəsində göstərdiyi böyük səylərdən xəbərdaram. İdarəetmənin yaxşılaşdırılması, özəl sektorun təşviqi, eləcə də iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın iqtisadiyyatına çoxsaylı İsveçrə şirkətləri də daxil olmaqla, qlobal marağı artırıb. Bizim çoxşaxəli tərəfdaşlığımız özünü Bretton Vuds institutları çərçivəsində də büruzə verir. Azərbaycan bizim buradakı seçki qrupunda mühüm və yüksək qiymətləndirilən rola malikdir.
 
Mən, həmçinin Şərq və Qərb insanları arasında əlaqələrin möhkəmləndirilməsində ölkənizin vacib rolunu alqışlayıram və may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyiniz münasibətilə Sizi təbrik edirəm. Mən Sizə bu təşəbbüsünüzdə uğurlar arzulayıram. Sizə və Azərbaycan xalqına dostcasına yeni uğurlar diləyir, xoş arzularımı çatdırıram. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Misirdə terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub
16.02.2019
Suriyadan olan 395 qaçqın ötən il Rusiya vətəndaşlığı alıb
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info