Sədaqət Vəliyeva: “Bu ilin ilk rübü Azərbaycan üçün uğurlu olub
Tarix: 10.04.2017 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


2017-ci ilin ilk rübü Azərbaycan üçün uğurlu olub. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib. Onun sözlərinə görə, 2016-cı il çətin il olsa da, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyilə qarşısına qoyduğu vəzifələri yerinə yetirdi, mühüm vəzifələr həyata keçirildi, sistemli islahatlar reallaşdırıldı: “Məhz buna görədir ki, ilin ilk 3 ayı ərzində qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb”. Sədaqət Vəliyeva bildirib ki, dünyadakı böhranlı vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatının artması, nailiyyətlərin əldə olunması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin uğurlu şəkildə və şaxələndirərək davam etdirməsi nəticəsində mümkün olub: “Birinci rübdə valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb və bu gün 38,5 milyard dollar təşkil edir. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracı isə təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. Ticarət dövriyyəsinin müsbət saldosu da 1 milyard dollar səviyyəsindədir. Birinci rübdə həmçinin, 85 min yeni iş yeri yaradılıb. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb ki, bu da iqtisadi inkişafın təzahürüdür. Bütün əldə olunan nailiyyətləri nəzərə alaraq deyə bilərəm ki, 2017-ci il də Azərbaycan üçün uğurlu il olacaq”. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
“UAM” jurnalı Azərbaycandan üzr istəyib
18.06.2019
Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib
18.06.2019
Sahil Babayev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
18.06.2019
Elçibəyin xanımının hüzr mərasimi Heydər Məscidində keçiriləcək
18.06.2019
CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info