Gəncədə içməli su təchizatı yaxşılaşdırılır
Tarix: 17.04.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üzrə layihələrin icrasını davam etdirir. Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatı sistemləri yenidən qurulur. “Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq Gəncə şəhərinin Məhsəti qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması üzrə işlər yekunlaşıb. Səhmdar Cəmiyyətin maliyyə vəsaiti hesabına həyata keçirilən layihə çərçivəsində qəsəbədə 2 yeni subartezian quyusu qazılıb, istismarda olan 1 subartezian quyusu təmir edilərək əhalinin istifadəsinə verilib. Əhalinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə qəsəbədə tutumu 60 kubmetr olan su çəni, 38 ədəd siyirtmə quraşdırılıb, 20239 metr qəsəbədaxili su xətləri çəkilib, 1275 ünvana birləşmə verilib. Bununla da qəsəbədə 4 mindən çox sakinin içməli su təchizatı yaxşılaşıb. Qeyd edək ki, layihənin icrasına qədər Məhsəti qəsəbəsinin içməli su təchizatı yarrasız vəziyyətdə olan subartezian quyuları və primitiv qaydada çəkilmiş su xətləri hesabına aparılırdı.
Gəncə şəhəri Məhsəti qəsəbəsində yeni subartezian quyularının açılışı mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatı Asəf Hacıyev, “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin direktoru Bəhlul Ramazanov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Yerli sakinlər Məhsəti qəsəbəsində su təchizatı sisteminin yaradılmasına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Ümumilikdə Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan höküməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində həyata keçirilir. Layihənin birinci mərhələsi çərçivəsində Gəncə şəhərində su mənbələrinin bərpası, magistral su xətləri və su anbarlarının tikintisi, şəhərin su və kanalizasiya şəbəkəsinin bir hissəsinin yenidən qurulması üzrə işlərin böyük əksəriyyəti yerinə yetirilib.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info