“Bizim diaspor öz birliyilə digər xalqlara nümunə olmalıdır”
Tarix: 11.04.2017 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Elmar Rəsulov:“Samaradakı gənclərimiz milli ruhda böyüyürlər”
Rusiya Federasiyasının ərazisi nə qədər böyük olsa da, orada yaşayan soydaşlarımızın diaspor olaraq səs-sədası gəlib bizə çatır. Bu, Rusiyadakı diasporumuzun aktivliyinin nəticəsidir. Rusiyanın Samara şəhərindəki soydaşlarımız da, bu baxımdan, son zamanlar fəaldırlar. Samarada fəaliyyət göstərən “Azərbaycan” diaspor təşkilatının sədri Elmar Rəsulovla müsahibəmizdə bu haqda ətraflı söhbət etdik. Qeyd edək ki, Elmar Rəsulov 1960-cı ildə Qax rayonunda anadan olub. 1985-ci ildən Rusiyanın Samara şəhərində yaşayır. İxtisasca tikinti mühəndisidir. Ailəlidir, iki övladı var. Hər iki övladı ali təhsillidir.
-Vətənlə əlaqələriniz necədir?
- Qohum-əqrəba ilə həmişə sıx əlaqədəyik. Vətənlə əlaqələrimiz davamlıdır. Harada olsaq da, Azərbaycan bizim ürəyimizdədir. Nə qədər uzaqda yaşasaq da, Azərbaycanımıza bağlılığımız sonsuzdur. İndi informasiya kommunikasiya vasitələri bu bağlılığı daha da asanlaşdırıb.
-Soydaşlarımız orada diaspor olaraq nə dərəcədə formalaşıb?
-Samarada həmyerlilərimizin diaspor olaraq formalaşması qənaətbəxş deyil, amma təşkilatlanma var. Xeyir-şər işlərimiz olanda bir yerdə yüksək səviyyədə təşkil olunur.
-Diaspor təşkilatlarımızın həmrəy olması üçün əsas nəyə ehtiyac var?
-Milli birliyə. Samarada 4 milli diaspor təşkilatı var, amma hərə bir tərəfə çəkir. İki ildir bir təşəbbüslə çıxış edirik ki, bütün təşkilatlar bir araya gəlib, ümumi iclas keçirib, bir güclü diaspor təşkilat yaradaq.
Əlbəttə, bir güclü təşkilat olsa, xalqımızın əlamətdar günlərini daha da möhtəşəm şəkildə qeyd edərik. Bizim diaspor öz birliyilə yerli və digər xalqlara nümunə olmalıdır.
-Soydaşlarımız bir-birlərinin işinə köməklik göstərirlərmi?
-Köməklik, adətən, var. Çox istəyirik daha da güclü olsun. Bir yerə yığılmağımız lazımdır.
-Anım günləri, bayramlarımız ilə bağlı tədbirlər keçirirsizmi?
- Anım günləri hər il qeyd olunur. 20 Yanvarla bağlı hələ 90-cı illərdə Samarada yaradılmış "Ozan" cəmiyyətinin iştirakı ilə sənədli film çəkdirmişdik. Bu da Samara azərbaycanlılarının gördüyü işlərdən biridir. Xocalı faciəsi ilə bağlı da Rusiyada ilk dəfə dövlət strukturlarının icazəsi ilə iki il dalbadal şəhər parkında tədbir keçirmişik. Rusiyada bu ideyanı biz qaldırmışıq. Şəhərə çıxmaq, millətimizin başına gətirilən faciələri ictimaiyyətə çatdırmaq lazımdır. Bizə buna görə mane olmaq istəyənlər var idi. Bu il ikinci dəfədir meriyadan icazə alıb şəhər parkına çıxmışdıq. Əhaliyə şəkillər, broşürlər payladıq. Küçədən keçən ayaq saxlayıb sorğu-sual edirdi. Biz də 25 il bundan əvvəl erməni işğalçılarının Azərbaycan torpaqlarının 20 faizini işğal etmələrini, xalqımızın başına gətirdikləri müsibətləri yerli xalqa çatdırdıq.
Keçən il məlumatı lazımınca paylaşa bilmədik. Dəyərli insanlarsağ olsunlar. Özləri “Facebook” səhifəmdəki elanı görüb maraqlandılar, dəyər verdilər.
Samarada Novruz bayramı da hər il qeyd edilir. Bu il Novruz bayramını təşkilatımızın aktiv üzvlərinin ailələri ilə bir yerdə qeyd etdik.
-Azərbaycan mədəniyyətini Samarada təbliğ edirsizmi?
-Aprelin 17-də Rusiyanın Samara şəhərində beynəlxalq uşaq filmləri festivalı keçiriləcək. 22 ildir keçirilən bu festivalda ilk dəfə olaraq bu il Azərbaycan da iştirak edəcək. Azərbaycanın bu festivala qatılması üçün uzun illər çalışmışıq. Nəhayət, dostların köməyi ilə istəyimizə çatdıq. Ölkəmiz builki festivalda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş “Dərs” bədii filmi ilə təmsil olunacaq. Festivalda filmin rejissoru Rafiq Əliyev də iştirak edəcək. Samarada fəaliyyət göstərən “Azərbaycan” diaspor təşkilatı isə bu festivalın təşkilatçılarından biridir.
-Yerli xalq sizin tədbirlərə nə dərəcədə maraq göstərir?
-Yeli xalqın bizə münasibəti çox yaxşıdır. Onlar adət-ənənələrimizə yüksək səviyyədə maraq göstərirlər.
-Samaradakı gənclərimiz milli adət-ənənəmizi yaşada bilirlərmi?
- Samaradakı gənclərimiz milli ruhda böyüyürlər. Gənclərin arasında vətənpərvərlik təbliğ olunur. Biz gənclərə nümunə olmalıyıq. Arzulayırıq ki, intellektual səviyyəli, ictimai fəal önə çıxsın.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
15.01.2019
Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır
15.01.2019
İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır
14.01.2019
“Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb”
12.01.2019
Avropa parlamentləri Ermənistanın “konyak diplomatiyası“nda adı keçən siyasətçilərin fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info