Hemofiliyalı xəstələr arasında kişilər üstünlük təşkil edir
Tarix: 17.04.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


17 aprel - Dünya Hemofiliya Günü çərçivəsində “Hematologiya və transfuziologiyanın aktual məsələləri” mövzusunda elmi konfrans keçirildi. Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hemofiliya kafedrası ilə Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən elmi konfrans görkəmli hematoloq alim Hənifə Abdullayevin 90 illik yubileyinə həsr oluııınmuşdu.
Tədbirdə çıxış edən Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova bildirdi ki, hemofiliya irsi qan xəstəliyidir. Qanın normal laxtalanması hər bir insanın həyatında baş verə biləcək qanaxmanın qarşısını alır və qanı dayandırır. Laxtalanma qanın bir çox tərkib hissələrindən asılıdır, onlardan bəziləri laxtalanma faktorları adlanır. Hemofiliya qanın laxtalanmasının pozulması kimi özünü göstərir. Bu xəstəlik yoluxucu deyil. Xəstəlik cüzi travma nəticəsində həyati təhlükəli qansızma və qanaxmalarla təzahür edir. Xəstəlik ana vasitəsilə əsasən oğlan uşaqlarına ötürülür. Ana özü praktiki sağlam hesab olunur və onda xəstəlik üzə çıxmır. Belə qadınlara daşıyıcı deyilir. Hemofiliyalı kişilər bilməlidir ki, sağlam qadınla ailə qurduqda onların övladlarından oğlanlar sağlam, qızlar isə daşıyıcı hesab olunur. Sağlam kişi ilə ötürücü qadın ailə qurduqda oğlanların 50 faizi sağlam, 50 faizi hemofiliyalı, qızların isə 50 faizi sağlam, 50 faizi isə daşıyıcı hesab olunur. Bəzən xəstəlik irsi olmadan da üzə çıxa bilər. Bu sporadik forma adlanır. Buna səbəb hamiləlik zamanı dölə təsir edən faktorlardır. Yəni, radiasiya, kimyəvi dərman preparatları və s. Mərkəz rəhbəri deyir ki, vaxtilə bu xəstələr qan çatışmazlığından çox böyük əziyyət çəkirdi. Onun sözlərinə görə, onları həyatda saxlamaq üçün dərman preparatları və qan lazım idi. E.Qədimova qeyd etdi ki, dövlət tərəfindən hemofiliyalı xəstələrin müalicəsi ilə bağlı proqram qəbul olunandan sonra lazımi dərman preparatları ölkəyə gətirilir. Onun sözlərinə görə, hazırda xəstələr bunlardan istifadə edirlər: “Onların həyat tərzi yaxşılaşır və həyatlarına davam edirlər. Düzdür, bu gün bütün sahələrdə olduğu kimi, hemofiliya sahəsində də problemlər var. Ümid edirəm ki, bu problemlər də yaxın gələcəkdə öz həllini tapacaq. 2011-2015-ci illər üçün Dövlət Proqramının icrasının təmin edilməsi üçün Səhiyyə Nazirliyinin əmri ilə 12 yanvar 2011-ci ildə təsdiq edilmiş Tədbirlər Planı həyata keçirilməkdədir”. Sonra Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova Hənifə Abdullayevin həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verdi. Tədbir müzakirələrlə davam etdirildi.

Hemofiliyalı xəstələr sağlam insan kimi həyat sürürlər

Səhiyyə Nazirliyinin Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova jurnalistlərə açıqlamasında bildirdi ki, Azərbaycanda hemofiliyalı xəstələr arasında kişilər üstünlük təşkil edir. Qadınlar arasında da bu xəstəliyin müəyyən növünə rast gəlinir. Onun sözlərinə görə, hemofiliyanın Von Willebrand növünə əsasən qadınlar tutulur: “Bu gün Azərbaycanda xəstəliyin bu növünə 205 nəfər düçar olub. Əgər ailədə 5 uşaq varsa, bəzən onların hər biri bu xəstəlikdən əziyyət çəkə bilər”. E. Qədimova bu gün hemofiliyalı xəstələrin müalicəsi üçün ağır əməliyyatların da həyata keçirildiyini dedi. O bildirdi ki, bu günlərdə mərkəzdə hemofiliyalı xəstələrdən birinin öd kisəsi əməliyyatla götürülüb: “Bu çox ağır cərrahiyyə əməliyyatıdır. Əgər əvvəllər hemofiliyalı xəstə diş çəkdirmək üçün xəstəxanalarda aylarla yatırdısa, indi bu hadisə müşahidə olunmur. Bu kimi xəstələrə vaxtında qan və qan plazması köçürülür. Azərbaycanda son illərdə donorluğun səviyyəsi 6 dəfə artıb. Hemofiliyalı xəstələrin müalicəsi üçün qan lazım olduqda, Mərkəzi qan bankına müraciət edilir və sifariş əsasında mərkəzə qan göndərilir. Bu gün ölkədə hemofiliya problemi demək olar ki, aradan götürülüb və xəstələr sağlam insan kimi həyat sürürlər. Məktəblilər tədrisə davam edir, böyük yaşlı insanlar isə adi həyat tərzi keçirirlər”.

Bu gün Azərbaycanda 1460
nəfər hemofiliyalı xəstə var


Mərkəzinin direktoru Elmira Qədimova jurnalistlərə açıqlamasında onu da bildirdi ki, bu gün Azərbaycanda 1460 nəfər hemofiliyadan əziyyət çəkən xəstə var. O qeyd etdi ki, ölkədə olan 1460 hemofiliyalı xəstənin 600-dən çoxu Bakı və ətraf qəsəbələrdə yaşayır. E.Qədimova bildirdi ki, bölgələrdə az saylı hemofiliyalı xəstə var və onların da hər biri lazımi, pulsuz dərman preparatları ilə təchiz olunur.
Hemofiliyalı xəstələrə daha çox hansı yaşlarda təsadüf olunmasına gəlincə, mərkəz direktoru qeyd edib ki, Azərbaycanda olan 1460 hemofiliyalı xəstədən 150-si 1-7 yaş arasında, 150-si 7-15 yaş arasında, 700-ə yaxını 18-40 yaş arasında, qalanları isə 40 yaşdan yuxarıdır: “Ən yaşlı hemofiliyalı xəstə 70 yaşındadır. Artıq uzun zamandır ki, bu xəstə müalicə olunur və qanaxmadan dünyasını dəyişmir. Əgər 10 il öncə xəstələrin sayı 1000 nəfər idisə, bu gün onların sayının artmasına səbəb maarifləndirmə işlərinin geniş yayılması və diaqnozun düzgün qoyulmasıdır”.

Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info