Suriyaya hava zərbəsi: böyük siyasi oyun, yoxsa...
Tarix: 11.04.2017 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


ABŞ prezidentinin Çin lideri ilə görüşdən sonra Suriya aviabaszasına zərbə endirmək barədə qərar verməsi təsadüf kimi dəyərləndirilmir

Dünya ictimaiyyəti ABŞ prezidenti Donald Trampın Çin lideri Si Tsinpin ilə keçirdiyi görüşdən sonra Suriya aviabazasına hərbi zərbələr endirmək barədə verdiyi qərarı təsadüf kimi dəyərləndirmirlər. Bunu Çinə göndərilən siqnal kimi də dəyərləndirirlər. “Deutsche Welle” nəşrində dərc edilmiş bu məlumata münasibət bildirən Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen “ARD” telekanalına verdiyi açıqlamada nəşrlə eyni fikri bölüşüb.
Nazir xatırladıb ki, Çinlə sərhəd olan Şimali Koreya Suriya lideri Bəşər Əsədlə müqayisədə daha təhlükəlidir. Bundan əlavə, Pxenyan nüvə silahına da malikdir. Nazir hesab edir ki, Tramp Suriyanı hədəf seçməklə, Çinə aydın şəkildə göstərmək istəyir ki, Çin lideri Şimali Koreya liderinin qarşısını siyasi vasitələrlə alsın. Xatırladaq ki, ABŞ dövlət katibi Rex Tillerson Suriyaya endirilən hava zərbəsini Şimali Koreya kimi ölkələrə xəbərdarlıq kimi dəyərləndirib. Qeyd edək ki, Trampın bu vəziyyətdən Pekinə qarşı təzyiq vasitəsi kimi yararlanmağa çalışdığını da iddia edənlər var. Avrasiya Siyasi Araşdırmalar Mərkəzinin vitse-prezidenti Ralf Uinninin fikrincə, ABŞ bununla Pekinə mesaj göndərib. Amma Çində belə düşünmürlər. Yerli ekspertlərin əksəriyyəti hesab edir ki, Vaşinqton Pekini siyasi kursundan döndərə bilməz və Çin Moskva ilə münasibətlərinə yenə də böyük əhəmiyyət verəcək. Xatırladaq ki, ötən həftə Çin-ABŞ danışıqları zamanı ölkələr 100 gün ərzində hər hansı bir nəticəyə nail olmaq üçün ticarət danışıqlarını sürətləndirmək barədə razılığa gəliblər. Ekspertlər hesab edirlər ki, Çin ABŞ üçün iki sahədə güzəştə gedə bilər. Bu, maliyyə və mal əti ticarətidir. Çinli ekspert Mey Sinyuy bildirib ki, ölkəsi ağır iqtisadi durumda belə, başqa dövlətlərin ardınca getməyib: “Hazırda bizim iqtisadi göstəricilərimiz göz önündədir. Belə olan halda, biz niyə Amerika siyasətinin yedəyinə qoşulmalıyıq? Bizim münasibətlərimiz yalnız bərabər və qarşılıqlı faydalı əlaqələr üzrə inşa edilə bilər. Çinin öz maraqlarını ABŞ-a təslim etməsi inandırıcı deyil”. O belə bir əməkdaşlığa nümunə kimi, Çinin Rusiya ilə davam edən əməkdaşlığını göstərib. Digər siyasi ekspert, professor Çzya Lein də bildirib ki, Çin xarici siyasət kursunu Amerika əhvali-ruhiyyəsi üzərində kökləməyəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info