Ermənistan Statistika Xidməti Sərkisyanı ifşa edən faktlar açıqlayıb
Tarix: 11.04.2017 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


“Ötən il Ermənistandan gedib-qayıtmayanların sayı 54 min 31 nəfər olub”

Ermənistanda aprelin 2-də keçirilən parlament seçkiləri başa çatsa da, qalmaqlar səngimək bilmir. Ciddi qanun pozuntuları, seçicilərin pulla ələ alınması, saxtakarlıqla keçirilən seçki prosesi ölkədə narazılıq dalğasını bir qədər də artırıb.
Seçki başa çatdı və erməni xalqı yenidən əsl reallıqla üz-üzə qalıb. Ermənistan Milli Statistika Xidmətinin açıqladığı son məlumatlar Sərkisyan və onun komandasını üzvlərinin seçki prosesi zamanı televiziya ekranlarından necə yalan danışdıqlarını ortaya çıxarıb. Statistik rəqəmlər Sərkisyanın Ermənistanı düçar etdiyi ağır vəziyyətin bir daha ifşası deməkdir. Ermənistan Milli Statistika Xidməti ölkədəki demoqrafik vəziyyətlə bağlı son məlumatları açıqlayıb. “Birinci İnformasiya” həmin mənbəyə istinad edərək yazır ki, Ermənistandan gedib-qayıtmayanların sayı 54 min 31 nəfər olub. Bu rəqəm 2015-ci ilin eyni dövründə 47 min 676, 2014-cü ildə isə 47 min 74 nəfər olub. Bu şəxslər Ermənistanı tərk edərək bir daha geri qayıtmayıblar.


Ekspert Aram Amatuni:
“Necə olur ki, vətəndaşların sayı özlərinin açıqladığı statistikada azaldığı halda, seçici siyahısında olanların sayı artır?”


Erməni ekspert Aram Amatuni qeyd edir ki, miqrasiya məsələsi Ermənistanın milli təhlükəsizliyi üçün çox ciddi təhdiddir. Ölkənin gələcəyi üçün böyük bəla olacaq miqrasiyanın tempi isə artmaqdadır. Ekspert yazır: “Ermənistanda real mənzərə daha ağırdır. Çünki bizdə miqrasiya termininin dəqiqləşməsinə ehtiyac var. Minlərlə insan var ki, ölkəni tərk edərək ilin 9-10 ayını Ermənistanda olmurlar. Əgər, bir vətəndaş 9-10 ay ölkədə, ailəsinin, uşaqlarının yanında olmursa, bu, birdəfəlik miqrasiyadan o qədər yaxşı hal deyil. Anlamaq lazımdır ki, bu şəxslər artıq özlərini Ermənistan vətəndaşı kimi hiss etmirlər. Onları bu ölkəyə sadəcə ailəsi, doğmaları bağlayır. Rəsmi rəqəmlərdə ölkəni birdəfəlik tərk etmiş miqrant kimi göstərilməyən minlərlə belə şəxs Ermənistana vətəndaş kimi deyil, ildə 1-2 ay turist kimi gəlib-gedirlər. Deməli, Ermənistan gələn “turistlərin” sayı artır, amma daimi yaşayan vətəndaşların sayı azalır. Bu isə çox qorxulu bir haldır və bunun ölkə üçün çox ağır nəticələri olacaq. Milli Statistika Xidmətinin açıqladığı bu rəqəmlərə diqqət edəndə aprelin 2-də keçirilmiş parlament seçkisi yada düşür.

“Ermənistan hakimiyyəti seçki kampaniyası zamanı tez-tez iqtisadi uğurdan, artımdan, inkişafdan danışırdılar. Bu, necə iqtisadi uğurdur ki, ilin ilk rübündə ötən illə müqayisədə daha çox insan işləmək, çörək pulu qazanmaq üçün Ermənistanı tərk edib. Deməli, heç bir iqtisadi uğur yoxdur. İnsanlar iş yeri tapa bilmədiyi üçün ölkəni tərk edirlər. Ermənistanın yeni iş yeri yaratmaq imkanı yoxdur”


Miqrant məsələsi seçki ilə bağlı başqa məqamları da üzə çıxarır. Hər il Ermənistanı tərk edən vətəndaşların sayı artır. Faktiki olaraq gedənlərin sayı rəsmi rəqəmlərdə göstəriləndən çoxdur. Amma elə rəsmi rəqəmlərdə göstərilən vətəndaş sayının özü də kifayət qədər çoxdur. Necə olur ki, vətəndaşların sayı özlərinin açıqladığı statistikada azaldığı halda, seçici siyahısında olanların sayı artır? Ermənistanın Mərkəzi Seçki Komissiyası da açıqlayır ki, seçkidə daha çox vətəndaş iştirak edib. Vətəndaşların ölkəni atıb getdiyi bir vaxtda belə məlumatların açıqlanması çox maraqlı və paradoksaldır. Daha bir məqam iqtisadi vəziyyətlə bağlıdır. Ermənistan hakimiyyəti seçki kampaniyası zamanı tez-tez iqtisadi uğurdan, artımdan, inkişafdan danışırdılar. Bu, necə iqtisadi uğurdur ki, ilin ilk rübündə ötən illə müqayisədə daha çox insan işləmək, çörək pulu qazanmaq üçün Ermənistanı tərk edib. Deməli, heç bir iqtisadi uğur yoxdur. İnsanlar iş yeri tapa bilmədiyi üçün ölkəni tərk edirlər. Ermənistanın yeni iş yeri yaratmaq imkanı yoxdur. Deməli, hakimiyyətin dediyi sözlər yaladır və Ermənistanda iş yeri yaradılmır. Əksinə, iş yerləri kütləvi şəkildə bağlanır. Ermənistanda özlərinə iş tapa bilməyənlər məcbur qalıb ölkəni tərk edirlər. Bütün halda cari ilin ilk rübündə ölkədən gedənlərin sayının artması ölkədə heç bir iqtisadi uğurun, müsbət məqamın olmadığını göstərir. Bu məqamlar olsaydı miqrasiyanın qarşısını az da olsa alardı”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info