Özbəkistanda “Azərbaycan, Qarabağ, sülh üçün oxu”layihəsinə start verilir
Tarix: 11.04.2017 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi məşhur qlobal layihənin Özbəkistan Respublikası üzrə həyata keçirilməsinə start verib.
“Azərbaycan, Qarabağ, sülh üçün oxu” layihəsinin əsas məqsədi müxtəlif metodlarla bir daha özbək ictimaiyyətinə Azərbaycanın mədəniyyət, musiqi beşiyi olan Qarabağı tanıtmaq, bu diyarda azərbaycanlıların yaratdığı zəngin mədəniyyət, musiqi, tarixi abidələri təbliğ etmək, münaqişə nəticəsində işğala məruz qalmış, torpaqları zəbt edilmiş və öz yurd - yuvalarını tərk etmiş Azərbaycan xalqının iztirablarını insanlara çatdırmaq və xalqımızın sülhsevər obrazının möhkəmləndirməkdir.
Layihə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilati dəstək göstərəcək.
“Azərbaycan, Qarabağ, sülh üçün oxu” adlı layihədə özbək gəncləri 4 Azərbaycan xalq mahnısını "Bayatı Şiraz" (Vətən haqqında), "Anadır arzulara Qarabağ", "Ay Laçın" və "Sizə salam gətirmişəm" adlı Azərbaycan mahnılarını Azərbaycan və özbək dillərində ifa edəcəklər. Hazırlanacaq xüsusi videomaterialda ifaçı gənclər Özbəkistanın paytaxtı Daşkəndlə yanaşı Səmərqənd, Buxara, Xivə, Kokand, Nəvai, Fərqanə və s. şəhərlərin təmsil edən gənclər qeyd edilən musiqi nömrələrini hissə-hissə ifa edəcəklər.
Müsabiqədə iştirak edəcək və nəticələri müsbət qiymətləndirilən istedadlı uşaqların yekunda Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində geniş qala konserti keçiriləcək. Qaliblərə müsabiqənin şərtlərinə əsasən Fəxri Fərman və pul mükafatları təqdim ediləcəkdir. Gənclər Azərbaycan və özbək mahnılarını ifa edərək öz musiqiləri ilə Azərbaycana dostluq mesajları verəcək, müharibələrə son, sülhə çağırış edəcəklər.
Nəticələr nümayiş etdirmək məqsədi ilə televiziya kanallarına göndəriləcək, İnternetin "youtube.com" səhifəsində yerləşdiriləcək və disklərdə buraxılacaq.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, sözügedən layihə sırf mədəniyyət layihəsidir, burada peşəkar müğənnilərlə yanaşı, həvəskar musiqiçilər də iştirak edəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info