Azərbaycan Özbəkistanda keçiriləcək beynəlxalq sərgidə təmsil olunacaq
Tarix: 11.04.2017 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Samir Abbasov: “Mədəniyyət Mərkəzinin əsas məqsədi beynəlxalq sərgidən istifadə edərək ölkəmizə daha çox özbək turistlərin cəlb edilməsidir”

Özbəkistan mötəbər beynəlxalq tədbirə - Beynəlxalq Turizm Sərgisinə ciddi hazırlaşır. “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisi 13-14 aprel tarixlərində Daşkənddəki "УЗКУРГАЗМАСАВДО" mərkəzi sərgi sarayında keçiriləcək. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə Azərbaycanı builki “İstirahət dünyası” V Özbəkistan Beynəlxalq Turizm Sərgisində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edəcək. Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycan” stendini təşkil edəcək. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, bu məqsədlə “Azərbaycan” stendi üçün artıq xüsusi sahə ayrılıb. Azərbaycan stendində ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı nümayiş etdiriləcək, Mədəniyyət və Turizm Nazirliyindən Azərbaycanın turizminə dair göndərilən nəşrlər paylanılacaq.
S.Abbasov qeyd edib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin əsas məqsədinin beynəlxalq sərgidən istifadə edərək ölkəmizə daha çox özbək turistlərin cəlb edilməsidir. O, festivalda Azərbaycan stendində Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Baku Shopping Festival” adlı xüsusi bukletlərin və bu mövzudakı videoçarxın nümayiş etdiriləcəyini söyləyib.
Diplomat ötən illərdə Özbəkistanda turizm sahəsində aparılan geniş təbliğatın nəticəsi olaraq artıq özbək turistlərin Bakı və Naftalan müalicəvi istirahət mərkəzlərinə maraqlarının xeyli artdığını qeyd edib. O, Daşkənd Bakı arasında həftədə iki dəfə birbaşa hava əlaqəsinin olmasını, ölkələrimiz arasında vizasız gediş-gəlişin mümkün olduğu nəzərə alaraq, Azərbaycanla Özbəkistan arasında turizm sahəsində potensialın böyük olduğunu vurğulayıb.
Qeyd edək ki, “İstirahət dünyası” V Özbəkistan Beynəlxalq Turizm Sərgisində Azərbaycandan Naftalan şəhərindəki “Çinar” və “Qaşaltı” otelləri də iştirak edəcək, “Azərbaycan” stendində öz xidmətlərini təklif edəcəklər.
Sərginin bu il 5 illik yubileyinin olmasını nəzərə alaraq, Özbək tərəfi tədbirə daha ciddi hazırlaşmış, xüsusi şirkətlər tədbirdə Özbəkistanın daxili turizmi sahəsində xidmətlərini, habelə çoxsaylı xarici firmalar öz ölkələrinin yaz-yay turizm paketlərini təqdim edəcəklər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər
16.09.2018
İran iqtisadiyyatının böhrandan çıxış yolu varmı?
16.09.2018
“Manqxut” qasırğası Çində ciddi fəsadlara səbəb olub, ölənlər var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info