“Ankara Ollandın qərarını gözləyir”
Tarix: 17.04.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Fransanın “Le Figaro” nəşrinin məlumatına görə, Türkiyə hökuməti Fransa prezidenti Fransua Ollanddan ermənilərin “soyqırımı” məsələsinə dair “açıqlama” gözləyir.
Türkiyə hökuməti Fransua Ollanddan 2012-ci ilin əvvəlində Konstitusiya Məhkəməsi tərəfindən verilən qərardan sonra “erməni soyqırımı” məsələsini yenidən açmayacağını gözləyir. Eyni zamanda Ollandın “erməni soyqırımı”nın inkarının cinayət sayəlması haqqında qanunun qəbulunun ehtimalına dair “öz mövqeyini aydın izah edəcəyi” gözlənilir.
Parisdə səfərdə olan Türkiyə Baş nazirinin müavini Bülent Arınç Türkiyə Respublikası Prezidentinin Fransaya səfər tarixinin mayın sonu və ya iyunun əvvəli üçün müəyyən ediləcəyini bildirib. Bununla yanaşı, Fransanın ilk addım atması üçün iki şərt səsləndirilib.
Birinci şərt, 2012-ci ilin fevralında Fransanın Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmiş “erməni soyqırımı”nın inkarının cinayət sayılması haqqında qanun layihəsinə aiddir. "Biz bilirik ki, bu qanun gündəmə qayıda bilər. Fransua Ollandın məsələyə dair öz mövqeyini çox aydın izah etməsi lazımdır"- deyə Arınç açıq şəkildə bildirib. Əgər Olland yeni qanun layihəsi təqdim edərsə, Türkiyə Fransua Ollandın seçilməsindən dərhal sonra ləğv etdiyi sanksiyaları bərpa edəcək. İkinci şərt isə Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlıdır.
ÜLKƏR




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info