Növbəti hərrac keçirilib
Tarix: 11.04.2017 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aprelin 11-də növbəti hərrac keçirilib. Hərracda özəlləşdirilən əmlakların 3-ü kiçik dövlət müəssisə və obyekti, 7-si qeyri-yaşayış sahəsi, 1-i isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən 5 istifadəsiz qeyri yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi paytaxtda yerləşir.
ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, həmin gün regionlarda da hərraclar baş tutub. Hərracların gedişatı böyük manitorlar vasitəsilə canlı izlənilib. Regionlarda keçirilmiş hərraclarda 3 kiçik dövlət müəssisə və obyekti, 2 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Kiçik müəssisə və obyektlər Bərdə, Goranboy və Qazaxda, qeyri-yaşayış sahəsi isə Sumqayıt və Mingəçevirdə yerləşir.
Hərracda bəzi müəssisələr torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Həmin əmlaklar Bərdə rayonunda yerləşən Texniklər evi və eyniadlı müəssisənin Goranboyda olan qeyri-yaşayış binasıdır. Müvafiq olaraq özəlləşdirilən əmlakların sahəsi 1900 kvadratmetr və 503 kvadratmetr təşkil edir.
Paytaxtda özəlləşdirilən qeyri-yaşayış sahəsi Nizami, Nəsimi, Xətai və digər rayonlarda yerləşir. Keçirilən hərracların nəticələri ilə http://www.emdk.gov.az/index.php/az/m%C3% linkində tanış olmaq olar.
Hərracın keçirilməsində məqsəd dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması, əmlaklara investisiyaların cəlb edilməsidir. Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərir. Mühüm üstünlük isə hərracda satılan əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarışın verilməsidir.
Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı, kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.
Hərracda istənilən şəxs iştirak etmək hüququna malikdir. Bunun üçün vətəndaşın Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş verməsi kifayətdir. Sifarişçi portal vasitəsilə hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə məlumatları əldə edə bilər.
Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac aprelin 18-də keçiriləcək. Bu hərraca ümumilikdə 141 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyət, 29 kiçik dövlət müəssisə və obyekti, 87 istifadəsiz qeyri-yaşayış sahəsi çıxarılıb. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün http://privatization.az/index.php/az/component/content/article?layou keçidindən istifadə etmək kifayətdir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info