Yararlılıq müddəti bitmiş kolbasa və sosiska satan şəxslər tutulub
Tarix: 11.04.2017 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Nicat Babaşi və Vüqar Səlimov yararlılıq müddəti bitmiş kolbasa və sosiska məhsullarını satarkən saxlanılıblar. Binəqədi rayonu ərazisində həmin şəxslərə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa sosiska aşkar olunaraq götürülüb.
Aşkar edilən ərzaq məhsulları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Ekspertiza tərəfindən müəyyən edilib ki, satılan kolbasa və sosiska məmulatları istifadəyə tam yararsızdır, eləcə də insan sağlamlığına təhlükə yarada bilər.
Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar aparılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info