Parlament nümayəndə heyəti Belçikada
Tarix: 11.04.2017 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinin dəvəti ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir.
Nümayəndə heyətinin ilk görüşü bu gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı komitəsinin həmsədri, Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Səyyad Kərimlə baş tutub. Görüşdə Cənubi Qafqaz bölgəsindəki mövcud siyasi vəziyyət, Avropa İttifaqı və Azərbaycan parlamentləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunmuş, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında hazırlanan yeni əməkdaşlıq müqaviləsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşdə Avropa İttifaqı - Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov və Milli Məclis aparatının beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Babək Ağayev iştirak etmişlər.
Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentinə səfəri davam edir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info