Ötən il 21 ölkədə ölüm cəzası tətbiq edilib
Tarix: 17.04.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Ötən il dünyanın hər 10 ölkəsindən birində ölüm cəzası tətbiq edilib. Bu barədə "Amnesty International"ın ən ağır cəzaların tətbiqi ilə bağlı illik hesabatında bildirilir. «Trend»in məlumatına görə, hüquq müdafiə təşkilatının fikrincə, dünyada ölüm cəzasından tədricən imtina meyilləri qorunub saxlansa da, Asiya və Yaxın Şərqdə bu hiss olunmur.
2011-ci ildə olduğu kimi ötən il də yalnız 21 ölkədə ölüm cəzası tətbiq edilib. 58 ölkədə isə ölüm hökmləri elan olunub. 140 dövlət ya ölüm cəzasının tətbiqindən imtina edib, yaxud da ölüm cəzasına moratorium qoyub. Ötən il ən çox sayda insan Çin, İran, İraq, Səudiyyə Ərəbistanı, ABŞ və Yəməndə edam olunub. Hindistan və Pakistanda 1, Yaponiyada 7 nəfər edam olunub.
"Amnesty International"ın əməkdaşları 2012-ci ildə sənədlərə əsaslanan 682 ölüm cəzasını müəyyən edə bilib ki, bu da əvvəlki ildən 2 hadisə çoxdur. Lakin bu statistikada Çin və Suriya nəzərə alınmayıb. İran 314 nəfərlə edam cəzası daha çox tətbiq edilən ölkələr sırasında ikinci yerdə durur. Qonşu İraqda 129 insan edam edilib ki, bu da 2011-ci ildəkindən 61 nəfər çoxdur. Rəsmi məlumatlara görə, Səudiyyə Ərəbistanında 79 ölüm cəzası icra olunub. ABŞ-da isə bu göstərici 43, Yəməndə 28, Sudanda 19, Əfqanıstanda 14, Somalidə 12 olub.
Ötən il Latviya qanunvericiliyindən ölüm cəzasını çıxarmış 97-ci ölkə olub.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info