TİKA-nın koordinatoru BANM-də
Tarix: 11.04.2017 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımov və Türkiyə Respublikası Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Adəm Urfa, agentliyin koordinator müavini Mehmet Ali Yetiş və əməkdaşı Abbas Hümbətov arasında görüş keçirilib. Görüşdə sözügedən şirkət haqqında məlumat verilib və fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olunub. Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən BANM-in rektoru Elmar Qasımov iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirib. O, TİKA tərəfindən ali məktəbin əməkdaşları üçün menecment və universitetlərin idarə olunması sahəsində təlim imkanlarının araşdırılması barədə söz açıb. Rektor qeyd edib ki, bu kimi təlimlər ali məktəbin əməkdaşlarının inkişafına xidmət edəcək. Adəm Urfa agentliyin Azərbaycanda iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirdiyi müxtəlif layihələrdən danışıb, həmçinin qurumun fəaliyyəti haqqında məlumat verib.
O qeyd edib ki, TİKA-nın Azərbaycan da daxil olmaqla dünyanın 54 ölkəsində yüzdən çox əməkdaşlıq ofisi fəaliyyət göstərir. TİKA-nın ilk proqram koordinatorluğu ofisi Türkmənistanda yaradılıb. Eyni zamanda dünyanın 100-ə yaxın ölkəsində müxtəlif inkişaf mərkəzləri ilə aidiyyəti sahələr üzrə əməkdaşlıq edilir. TİKA-nın ilkin məqsədləri türk dilli respublikaların sosial strukturunun qorunması, onların davamlılığının təmin edilməsi, texniki infrastrukturuna dəstək göstərmək olub. İndiyədək TİKA tərəfindən təhsil, səhiyyə, quruculuq, kənd təsərrüfatı, maliyyə, turizm və s. sahələrdə bir çox layihə və proqramlar həyata keçirilib.
Görüşdə BANM ilə TİKA arasında konkret əməkdaşlıq sahələri barədə razılıq əldə olunub və A.Urfa rektoru bu əməkdaşlığın inkişaf perspektivlərinin dərindən araşdırılacağına əmin edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info