“Məqsədimiz hər bir Azərbaycan ailəsi üçün özünəməşğulluğu təmin etməkdir”
Tarix: 11.04.2017 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


"ABAD xidmət"in yaradılmasının əsas məqsədi ailə biznesinə dəstək olmaqdır. Sənətkarın işi sənətlə məşğul olmaqdır. Onun istehsal etdiyi məhsulu tanıtmaq, hətta dünya bazarına çıxarmaq isə "ABAD xidmət"in işidir".  Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri İnam Kərimov bildirib.
 
Onun sözlərinə görə, son dövrlər ölkəmizə gələn çoxlu sayda turist sənətkarlarımızın əl işlərinə olduqca böyük maraq göstərir.
 
"Məqsədimiz hər bir Azərbaycan ailəsi üçün özünəməşğulluğu təmin etməkdir. Bu, həmin ailələr üçün geniş imkanlar yaradacaq. "ADAB xidmət" hər kəsin evinə qədər gəlir və ailələri işlə təmin edir", - deyə İ. Kərimov bildirib.
 
Dövlət agentliyinin sədri xatırladıb ki, "ABAD xidmət"in artıq iki mağazasının fəaliyyət göstərir: "Bu, xoş xəbərdir. Ancaq bir üzücü xəbər də var. Məsələ burasındadır ki, biz həmin mağazalara məhsul çatdıra bilmirik. Bunun üçün də "ABAD xidmət"lə əməkdaşlıq edən insanlar daha tez və daha keyfiyyətli işləməlidir".
 
İ. Kərimov əlavə edib ki, "ABAD xidmət"in mağazaları hava limanlarında da fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin sentyabrın 23-də "ASAN xidmət"in tabeliyində "ABAD" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info