Quba dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
Tarix: 11.04.2017 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Quba rayonunda yaşayan dağ yəhudiləri aprelin 10-dan başlayaraq Pesax bayramını qeyd edirlər.
Azadlıq və bahar mənasını verən Pesax bayramı dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə 8 gün davam edir. Təntənəli şəkildə keçirilən bayram günlərində müxtəlif dini ayinlər icra olunur. Həmçinin dağ yəhudiləri səhər və axşam saatlarında sinaqoqa gedib ibadət edirlər.
Pesax yəhudilərin ən mühüm bayramlarından biridir. Tarixi mənbələrə görə, hələ 3 min 500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını milli bayram kimi qeyd etməyə başlayıblar.
Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov bildirib ki, Pesax bayramının simvolu duzsuz, qurudulmuş çörəkdir. Ənənəyə görə, yəhudilər bayram günlərində yeganə un məmulatı kimi məhz duzsuz quru çörəkdən – “Matsa”dan istifadə edirlər. Bununla yanaşı, dağ yəhudilərinin bayram süfrəsini qoz, şabalıd və almadan hazırlanan həsürüt yeməyi də bəzəyir.
Bayram günlərində hamı bir-birini qonaq çağırır. Pesaxın zəruri şərtlərindən biri də budur ki, bütün imkansızlar, habelə bayramı öz ailəsi ilə birgə qeyd edə bilməyənlər yemək süfrəsinə dəvət olunmalıdır. Bayrama qədər bütün evlərdə, küçələrdə təmizlik işləri görülür.
Pisax İsakov bildirib ki, builki bayram digərlərindən fərqlənəcək. Belə ki, aprelin 13-də Qubadakı Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında “İslam Həmrəyliyi İli”nə və Pesaxa həsr olunmuş təntənəli tədbir keçiriləcək. Burada rayonda yaşayan azsaylı xalqların adət-ənənələri, folkloru, milli yeməkləri nümayiş etdiriləcək.
Qubadakı Qırmızı qəsəbədə 3 mindən çox dağ yəhudisi yaşayır. Burada doğulan, hazırda isə xarici ölkələrdə yaşayan dağ yəhudilərinin də müqəddəs Pesax bayramını Vətəndə qeyd etmələri ənənəyə çevrilib.
Pesax bayramı aprelin 17-dək davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info