İslamiadanın tərəfdaşlarının sayı artmaqda davam edir
Tarix: 11.04.2017 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tərəfdaşlarının sayı artmaqda davam edir. Oyunların Əməliyyat Komitəsi ilə bir sıra yerli və xarici şirkətlər arasında rəsmi tərəfdaşlıq haqqında sazişlər imzalanıb.
Əməliyyat Komitəsindən bildiriblər ki, “Azərbaycan Hava Yolları” QSC, BP, “Microplus”, SOCAR kimi nüfuzlu şirkətlər IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşlarıdır. Eyni zamanda, “Fresco”, “ITicket.AZ”, “Milla” və “RedBull” şirkətləri də rəsmi dəstəkçilər arasında yer alıblar. Tərəfdaşların sıralarına tezliklə yeni şirkətlərin qoşulması planlaşdırılır.
SOCAR və BP şirkətləri Oyunların tərəfdaşları kimi Azərbaycanda idman potensialının inkişafına dəstək olmaq və gənclərimizin sağlam gələcəyinə töhfə vermək niyyətindədirlər.
Son illər Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində beynəlxalq idman qurumları bir sıra nüfuzlu yarışların keçirilməsini ölkəmizə həvalə edirlər. Belə ki, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin bir qrupunun görüşləri və dörddəbir final qarşılaşmalarından biri Bakıda keçiriləcək.
Bakı, eyni zamanda, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasına ev sahibliyi etmək istəyən iki namizəd şəhərdən biridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info