Tələbə və müəllim heyəti Türkiyədə təcrübə kursuna göndərilib
Tarix: 11.04.2017 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


İxtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə Naxçıvan Tibb Kollecinin 12 nəfərdən ibarət müəllim və tələbə heyəti Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Texnik Anadolu Liseyində bir aylıq təcrübə kursuna yola salınıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən kollecin direktoru Sona Məmmədova Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin davamlı xarakter aldığını qeyd edib. Vurğulayıb ki, ixtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə ötən il də Naxçıvan Tibb Kollecinin müəllim və tələbələri Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetində və Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Texnik Anadolu Liseyində keçirilən təcrübə kurslarında ayrı-ayrı heyətlərlə təmsil olunublar. Durağan Mesleki və Texnik Anadolu Liseyi ilə Naxçıvan Tibb Kolleci arasında tələbə mübadiləsi çərçivəsində qarşılıqlı qardaşlaşma münasibətləri yaradılıb.
Tələbələr kurs müddətində araşdırma xəstəxanasının daxili xəstəliklər və cərrahiyyə, təcili tibbi yardım üzrə bölmələrində, yenidoğulmuşlar, döş qəfəsi, yoluxucu xəstəliklər şöbələrində plastik və keysəriyyə əməliyyatlarını izləyib, doğuş palatalarında, genetik laboratoriyada iş prosesi ilə tanış olub, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını mənimsəyiblər. Həmçinin açıq ürək, kəskin apendisit, LOR, göz, keysəriyyə əməliyyatlarında, şəkərli diabet xəstələrində qanqrenalı yaraların işlənməsində, müxtəlif manipulyasiyaların aparılmasında, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak edib, qarşılıqlı təcrübə mübadiləsi aparıblar. Növbəti heyətdə isə mamalıq, müalicə, tibb bacısı işi üzrə təhsil alan tələbələr təmsil olunurlar.
Kursa yollananlardan həkim-provizor Zinyət Məmmədova, mama-ginekologiya üzrə həkim rezident Lalə İbrahimova, üçüncü kurs tələbəsi Səadət Xudaverdiyeva müasir nəzəri və təcrübi biliklərə yiyələnmələri üçün yaradılmış bu şəraitdən səmərəli istifadə edəcəklərini bildiriblər.
Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcək. Əlaqələrin inkişaf etdirilməsi Naxçıvan Tibb Kollecində ixtisaslı tibb işçilərinin hazırlanması işinə öz töhfəsini verir və muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsi məqsədi daşıyır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info