Səlim Müslümov: “İndi vahid hesabat prinsipinə keçilir”
Tarix: 11.04.2017 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


“Bu ilin aprel ayından tətbiq olunan yeni qaydalara görə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ları elektron imza kartından və ya mobil imzadan istifadə etməklə təqdim olunmalıdır”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
 
Sistemə keçiddə yaranan problemə toxunan nazir qeyd edib ki, bu cür proseslərdə çətinliyin olması normaldır: "Hər bir prosesin keçidi çətin olur. Amma biz bu sistemə keçməliyik. Bildiyiniz kimi, Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna müvafiq dəyişiklik edilib. Artıq əmək pensiyası hər bir şəxsin ancaq onun fərdi hesabında yığılan vəsaitə görə müəyyən ediləcək. Artıq baza hissəsi yoxdur. Hər hansı ümumi həmrəylik elementinə əsaslanan əmək pensiyasının tərkibi elementləri yoxdur. Ona görə də əgər əvvəllər iki ayrı hesabat verilirdi. Bunun biri məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənməsinə aid idi, biri isə həmin ödənmiş sosial sığorta haqlarının ayrı-ayrı şəxslər arasında bölgüsünə aid idi. Burada isə problemlər yaranırdı. Bu gün çox böyük vəsait var ki, bölünməyərək ümumi hesablarda qalıb. Çünki onlar bir-biri ilə düz gəlmirdi. Amma indi vahid hesabat prinsipinə keçilir. Yəni ayrı-ayrı işəgötürənlər məcburi dövlət sosial sığorta haqları barədə hesabat təqdim edəndə artıq həmin hesabatın içində həm də orada çalışan insanlar üzrə onun bölgüsü olacaq. Artıq burada bir qəpikdə olsun kənarlaşma ola bilməz. Ödənmiş məbləğ həm də hesabatın davamında kimlər üçün ödənilməsi məbləğ baxımından görünəcək. Buna keçid heç də qısamüddətli deyil. Qərar 2015-ci ildə qəbul olunub. 2 ilə yaxın müddətdə bunun üzərində iş aparılıb. İndi isə "Əmək pensiyaları haqqında" qanun qəbul edilib. Qanunun aprelin 1-dən qüvvəyə minib. Belə olacaqsa, artıq bütün hesablar şəffaf olmalıdır və hər kəsin hesabına nə qədər məbləğ hesablanıb və ödənilibsə, hesab edirəm ki, ödəyicilər üçün də bu asandır. İki hesabatdansa, bir hesabat görünməlidir. Bundan başqa, hesabat vahid hala gəlməlidir, bir hesabat olmalıdır. Mən daha yaxşıdır. Çünki iki hesabat arasında problem, fərqlər yarana bilər. Bu halda vaxt itkisi də olur. Bu qədər böyük səs-küyün yaranmasının səbəbini başa düşmürəm. Çünki böyük ödəyicilərin əvvəldən də "ASAN imza"sı var idi. O ki qaldı kiçik ödəyicilərə, onlar "Elektron hökumət" portalına daxil olaraq oradan xüsusi parol, kod alıb öz hesabatlarını təqdim edə bilərlər. Burada hər hansı problem yoxdur. Amma "ASAN imza"nı alıb, onunla hesabatı təsdiq etmək fikirləri varsa, bunu edə bilərlər".
 
Nazir əlavə edib ki, aprelin 20-dək I rüb üzrə hesabatların təqdim edilməsində problem yaşanarsa və bu səbəbdən yubanma olarsa, cərimələrin tətbiqi məsələsinə ayrıca baxılacaq: "O ki qaldı aprelin 20-dək hesabatın təqdim edilməsinə, mən bir daha vurğulayıram ki, qeyd edilən səbəblərdən hesabatların verilməsi ilə bağlı problem yaranarsa, biz cərimələrin tətbiqi məsələsinə ayrıca baxacağıq. Bu gün əsas məsələ hesabatların vahid formada təqdim olunması və kənarlaşmanın olmamasıdır. Əgər hər hansısa bir sığortaedən orda çalışan 15 işçiyə görə 100 min manat sosial sığorta haqqı ödəyibsə, həmin 15 işçi üzrə bunun bölgüsünü həmin hesabatın içərisində göstərməlidir. Bu gün bizim məlumat bazamızdakı rəqəmlər göstərir ki, əvvəlki illərdə böyük məbləğdə ödənmiş sosial sığorta haqları bu günədək bölüşdürülməyib. Amma insanlar pensiyaya çıxanda artıq hesablarındakı vəsaitə uyğun pensiya alacaqlar. Hətta hüququ da staja görə deyil, hesablarındakı vəsaitə görə əldə edəcəklər. Ona görə də bundan sonra bu mütləq şəkildə vahid hesabat formasında təqdim edilməlidir. Bunu belə qəbul edin".
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info