“Könüllülük fəaliyyəti gənclərə təcrübə, yeni dostlar, özünəinam qazandırır”
Tarix: 11.04.2017 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Zəka Əhmədov: “Hazırkı gənclik Azərbaycanın gələcəyi üçün çox mühüm işlər görə biləcək səviyyədədir”


Müsahibimiz Azərbaycan Memarlıq və İnşaat Universitetinin üçüncü kurs tələbəsi Zəka Əhmədovdur. Zəka bu il Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında könüllü kimi fəaliyyət göstərəcək. Bu savadlı, aktiv gənclə olan müsahibəni oxuculara təqdim edirik:
- 3 ildir tələbə həyatı yaşayırsınız. İctimai işlərdə necə, aktiv olmusunuzmu?
-Bəli, elə universitetə daxil olduğum ilk vaxtlar etibarən ictimai işlərlə maraqlanmağa başlamışdım və bu marağımın nəticəsində artıq ictimai fəallığı ilə fərqlənən bir tələbəyə çevrilmişəm deyə bilərəm. Bu gün gənclərlə bağlı və ümumilikdə digər sahələrdə gənclərin, tələbələrin də iştirak edə biləcəyi o qədər layihələrin şahidi oluruq ki, bu layihələrin yanında aktiv tələbə olmaya bilmirsən.
- Tələbələrlə bağlı xeyli sayda layihələrin reallaşmasını qeyd etdiniz. Belə işləri həyata keçirən aktiv təşkilat olan ATGTİ-də fəaliyyət göstərirsinizmi?
- Doğrudur. ATGTİ tələbələrin aktiv fəaliyyətləri üçün xeyli sayda işlər görür. Konkret olaarq özümə gəldikdə isə bəli, 1-ci kursun ilk dərs günlərində artıq ATGTİ-nin universtet daxili üzvü idim. Daha sonra fərqləndiyim üçün fakültə sədr müavini və Azərbaycan Memarlıq və İnşaat universitetinin Tələbə Gənclər Təşkilatının mətbuat departamentinin katibi kimi də çalışdım. Ümumilikdə ATGTİ haqda deyə bilərəm ki, tələbəlik müddətini daha dəyərli, daha yadda qalan keçirmək istəyən tələbələr üçün əla fürsətlər verən bir qurumdu. Ən azından tələbə olaraq keçirdiyim 3 il bunu əminliklə deməyim üçün kifayətdir.
-İslam Həmrəyliyi Oyunlarında könüllü kimi fəaliyyət göstərəcəksiniz. Könüllülük fəaliyyətinin tələbələr, gənclərimizin özünü inkişafındakı hansı rolu olur?
-Doğru vurğuladınız. Bəli, bu il doğma Bakımızda keçiriləcək İslam Həmrəylik Oyunlarında mən də könüllülər sırasında olacağam. Bu həm qürurverici, həm də, məsuliyyətli bir işdir. 1-ci Avropa Oyunları dövründən könüllülük təcrübəm olduğundan oyunlar zamanı könüllülərin keçirdiyi hislərin nələrdən ibarət olduğunu xatırlayıram. Könüllülər oyunların bir hissəsi ola bildiyi üçün çox sevincli olurlar. Lakin onlar bu oyunların yüksək səviyyədə keçməsi üçün işini maksimum dərəcədə yaxşı görməli olduğunu da bilirlər və bunun üçün gənclərimiz işinin məsuliyyətini dərk edirlər. Könüllülükk fəaliyyəti gənclərə ilk olaraq təcrübə, yeni dostlar, özünəinam qazandırır. Könüllü olmuş gənc özünə şərait yaradıldığı təqdirdə nələrə qadir ola biləcəyini öyrənmiş olur və bu onun gələcək həyatı üçün stimul rolunu oynayır.
-Ümumiyyətlə aktiv gənc kimi belə beynəlxalq əhəmiyyətli yarış və tədbirlərin son dövrlərdə ölkəmizdə daha çox keçirilməsini necə dəyərləndirərdiniz?
- İkinci dəfə müstəqillik qazanan Azərbaycanı əvvəllər dünyada elə də çox tanımırdılar. Amma ilbəil ölkəmiz nəinki tanındı, artıq bütün dünyada sayılıb-seçilən, hörmət edilən bir dövlətə çevrildi. Eyni zamanda bu qısa müddət ərzində onun keçdiyi şanlı inkişaf yolu da danılmazdır. Əlbəttə bu amillər ölkənin bir gənc vətəndaşı olaraq məni çox sevindirir. Son illərdə ölkəmizdə keçirilən mötəbər tədbirlər bizim gücümüzün, müstəqillik dövrü ərzində keçdiyimiz uğurlu yolun bariz nümunəsidir. Düşünürəm ki, “Eurovision” yarışmasının Bakıda keçirilməsindən sonra Azərbaycan beynəlxalq səviyyəli yarışları yüksək səviyyədə keçirə biləcəyini hər kəsə sübut etdi. Daha sonra 1-ci Avropa Oyunları, “Formula-1” yarışı, şahmat çempionatı və bu il baş tutacaq İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bizə olan inamın nəticəsidir. Əlbəttə bir gənc olaraq mən ölkəmlə fəxr edirəm və belə bir dövlətin vətəndaşı olmaq qürurvericidir. Beynəlxalq yarışların çoxluğu iqtisadiyyatı da gücləndirir, turist axınını artırır və s. kimi müsbət amillərə səbəb olur.
-Gənclərimizin hazırkı durumunu da xarakterizə edərdiniz.
-Bir gənc olaraq və istər universitetdə, istərsə də oradan kənarda zamanımın əksəriyyətinin həmyaşıdlarımla-gənclərlə keçirdiyimdən onların hazırkı durumu haqqında mənfi rəy söyləmək yalan olardı. Hazırda Azərbaycanın yüksək elmi biliklərə, güclü məntiqə malik, özünü hərtərəfli inkişaf etdirən gənclik toplumu var. Əlbəttə bunun səbəbi dövlətimizin bizə göstərdiyi qayğı və gənclərdə olan özünü inkişaf etdirmə sevgisidir. Ümumi olaraq deyə bilərəm ki, hazırkı gənclik Azərbaycanın gələcəyi üçün çox mühüm işlər görə biləcək səviyyədədir.
-Son illərdə xaricdə təhsil alan gənclərin sayı xeyli artıb. Sizin xaricdə təhsil almaq fikriniz varmı?
-Ölkəmizdə təhsilin səviyyəsinin günü-gündən yaxşılaşmasına baxmayaraq Qərb ölkələrinin elm sahəsində olan təcrübəsi danılmazdır. Buna görə də bir çox gənc, işinin peşəkarı olmaq istəyən insanlar xaricdə təhsilə üstünlük verir. Onlara şərait yaradılmasının nəticəsi olaraq son illərdə xaricdə oxuyan gənclərimizin sayı kifayət qədər artıb.Bu əlbəttə sevindirici haldır. Artıq 3 ildir ki, Memarlıq və İnşaat Universitetinin tələbəsiyəm. Keçən müddət ərzində universitet mənə çox şey öyrədib. Yüksək səviyyəli təhsilin, ədalətli qiymət prinsipinin, şəffaf imtahan prosesinin şahidi olduq. Əminliklə deyə bilərəm ki, universitetimiz həqiqətən öyrənmək istəyən tələbələr üçün uğurlu seçimdir. Konkret olaraq sizin sualınıza gəldikdə isə Peşəkar mühəndis olmaq istədiyim üçün mən də gələcəkdə xaricdə təhsil almağı düşünürəm. Zənnimcə, bu mənim yüksək səviyyəli kadr olmağım üçün mühüm amil olacaq. Məncə, xaricdə təhsil almağın əsas üstünlüyü hər bir sahə üzrə ən təcrübəli insanlardan elm öyrənmək imkanımızın olmasıdır.
-Gələcək planlarınız barədə də söz açardınız
-Hər kəsdə olduğu kimi mənim də gələcəyə dair planlarım, xəyallarım var. Gələn il universiteti bitirdikdən sonra magistr təhsili alaraq öz sahəmdə tam ixtisaslaşmış kadr olmaq niyyətindəyəm. Düşünürəm ki,bu xəyallarımın həyata keçməsində mənə kömək edəcək. Təhsilimi tam olaraq bitirdikdən sonra isə sonrakı dövrdə görəcəyim işlər haqda düşünməyə başlayacağam.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info