İslam Oyunlarının tərəfdaşlarının sayı artır
Tarix: 12.04.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tərəfdaşlarının sayı artmaqda davam edir. Oyunların Əməliyyat Komitəsi ilə bir sıra yerli və xarici şirkətlər arasında rəsmi tərəfdaşlıq haqqında sazişlər imzalanıb. Əməliyyat Komitəsindən bildiriblər ki, “Azərbaycan Hava Yolları” QSC, BP, “Microplus”, SOCAR kimi nüfuzlu şirkətlər IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşlarıdır. Eyni zamanda, “Fresco”, “ITicket.AZ”, “Milla” və “RedBull” şirkətləri də rəsmi dəstəkçilər arasında yer alıblar. Tərəfdaşların sıralarına tezliklə yeni şirkətlərin qoşulması planlaşdırılır. SOCAR və BP şirkətləri Oyunların tərəfdaşları kimi Azərbaycanda idman potensialının inkişafına dəstək olmaq və gənclərimizin sağlam gələcəyinə töhfə vermək niyyətindədirlər. Son illər Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində beynəlxalq idman qurumları bir sıra nüfuzlu yarışların keçirilməsini ölkəmizə həvalə edirlər. Belə ki, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin bir qrupunun görüşləri və dörddəbir final qarşılaşmalarından biri Bakıda keçiriləcək. Bakı, eyni zamanda, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasına ev sahibliyi etmək istəyən iki namizəd şəhərdən biridir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info